2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SiyasətXəbərlər

Putin ABŞ-ı Qarabağ nizamlamasından kənarlaşdırır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair uzun müddətdən bəri dayanmış danışıqlar Qərbin iştirakı olmadan bərpa edilir. Virtualaz.org-un xəbər verdiyi kimi ATƏT prezidentlərin iyunun 20-də Sankt-Peterburqda baş tutacaq görüşünün hazırlanmasında iştirak etmədiyini açıqlyıb. Təşkilatın rəsmisi deyib ki, ATƏT Rusiya prezidentinin iştirakı ilə Sankt-Peteburqda təşkil ediləcək üçtərəfli görüşə cəlb olunmayıb və bu səbəbdən həmin görüşlə bağlı hər hansı şərh verə bilməz.

Bu, Qarabağ nizamlanmasında əsl sensasiyadır və faktiki olaraq Qərbin prosesdən kənarlaşdırılmasına hesablanmış təşəbbüsdür. Əvvəllər də Rusiya prezidentinin (həm Dmitri Medvedyevin, həm Vladimir Putinin dövründə) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşləri təşkil olunub. Həmin görüşlərdə Minsk Qrupunun həmsədrləri birbaşa iştirak etməsə də həmsədrlər həmişə danışıqların keçirildiyi məkanda olurdu və prezidentlər müzakirələri başa vurub onları nəticələr barədə məlumatlandırırdı, danışıqların növbəti mərhələsinə dair təlimatlar verilirdi.

Saytların yığılması Saytlarin yigilmasi

İndi isə belə məlum olur ki, Sankt-Peterburq görüşündə ATƏT-in Minsk Qrupu ümumiyyətlə iştirak etməyəcək. Bu görüş barədə ATƏT-lə hər hansı məsləhətləşmələr aparılmayıb və həmsədrlər Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində baş tutacaq danışıqlara hər hansı formada cəlb olunmayıb. Prezidentlərin görüşü barədə təşəbbüs Rusiya prezidenti Vladimir Putinə məxsusdur, ABŞ və Fransa xarici siyasət idarələri bu görüşün hazırlanmasında iştirak etmir.

Hansı ki, prezidentlərin iyun görüşünə hər iki tərəfin razılıq verdiyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın sonlarında, iyunun əvvəllərində Parisdə həmsədrlərlə ayrı-ayrılıqda keçirdikləri görüşün nəticələrinə əsasən ATƏT tərəfindən elan edilmişdi. Gözlənilirdi ki, prezidentlərin iyun görüşü Parisdə baş tutacaq. Lakin bir neçə gün əvvəl gözlənilmədən Rusiya XİN öz saytında prezidentlərin Sankt-Peterburqda görüşəcəyinə dair məlumat yerləşdirdi, daha sonra məlumatın “qeyri-korrekt olduğunu” görüb onu XİN-in saytından çıxardılar. Ancaq çox keçmədənKreml rəsmən təsdiqlədi ki, prezidentlər İlham Əliyev və Serj Sərkisyan Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburqda görüşəcəklər.

ATƏT-in hər hansı formada iştirakı olmadan baş tutacaq bu görüş, Rusiyanın danışıqlar prosesində özünün həlledici rolunu nümayiş etdirməyə hesablanıb və Kreml Qərbə mesaj verir ki, Qarabağda hərbi əməliyyatların dayandırılmasında həlledici rolunun olduğu kimi danışıqlar prosesi də müstəsna olaraq onun səlahiyyətindədir. Əslində aprelin əvvəllərində döyüş əməliyyatlarının dayandırılması üçün Rusiyanın hansı hərbi-siyasi və diplomatik fəallıq göstərdiyini nəzərə alaraq Moskvanın Qarabağ məsələsində həlledici rolunu hamı qəbul etmişdi.

Rusiya cəmi 4 gün sonra hərbi əməliyyatların dayandırılmasına nail oldu və tərəfləri danışıqlar masası arxasına çağırdı. Hətta prezident Putin aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan dövlət başçılarının ilk görüşünə də ev sahibliyi etməyə hazırlaşırdı. Lakin bu görüş Moskvada yox, Vyanada baş tutdu, özü də uzun müddətdən bəri ilk dəfə hər üç həmsədr ölkənin yüksək səviyyədə iştirakı ilə.

Vyana görüşündə atəşkəsin monitorinqinin gücləndirilməsi və prezidentlərin iyun ayında münaqişənin mahiyyəti üzrə danışıqları bərpa etməsi haqda razılaşmalar əldə edilib. Xeyli təəcüblü də olsa artıq bir aydan çoxdur ki, təmas xəttində sakitlik hökm sürür, ciddi insidentlər qeydə alınmır və monitorinqin gücləndirilməsinə dair mexanizmlər hələ qəbul edilməsə də atəşkəs rejiminə riayət olunur.

Hərbi əməliyyatları Rusiyanın dayandırdığı halda danışıqların Qərbin meydançasında , yəni Vyanada baş tutması Moskvanın həlledici rolunu şübhə altına ala bilərdi. Çünki Rusiyanın Qarabağ məsələsində hakim rola malik olmasından tərəflərdən heç biri məmnun görünmür. Rəsmi Bakı uzun müddətdir buna səy göstərirdi ki, Qərb nizamlama prosesinə daha yaxından və daha yüksək səviyyədə cəlb olunsun. Ermənistanda isə indi Rusiyadan küsüblər, çünki hesab edirlər ki, aprel döyüşləri Rusiyanın Ermənistanın müttəfiqi olduğuna şübhə yaradıb. Bu səbəbdən Ermənistan da Qərbin danışıqlar prosesində daha üstün rola malik olmasında maraqlı görünürdü. Ancaq Putin qəfil təşəbbüslə hər şeyi alt-üst edir və bir daha hamıya göstərir ki, bu regionda “xozeyin” kimdir…

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button