2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putin Azərbaycana gələcək

RF prezidenti Vladimir Putin Azərbaycan, Tacikistan və Özbəkistana səfər edəcək. Bu barədə “İzvestiya” qəzetinə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, səfərlər sentyabr-oktyabr aylarında baş tutacaq.

Sentyabrın sonlarında Putin Azərbaycana səfər edəcək.

Sentyabrın 27-28-də o, Düşəmbədə MDB ölkələrinin liderlərinin görüşündə iştirak edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrda Vladimir Putinin Özbəkistana səfəri planlaşdırılıb, deyə Yuri Uşakov qeyd edib.

O, Putinin səfərinin dəqiq tarixini açıqlamayıb. Amma Putinin sentyabrın 20-27-də keçiriləcək Cüdo üzrə Dünya Çempionatının keçirildiyi günlərdə Bakıya gələcəyini ehtimal etmək olar.

Bundan başqa, ilin sonuna qədər Rusiya RF, İran və Azərbaycan prezidentlərinin iştirakı ilə keçiriləcək üçtərəfli sammitdə iştirak edəcək.

Xatırladaq ki, ilk dəfə RF, İran və Azərbaycan dövlət başçılarının görüşü 2016-cı ildə keçirilib. Sonradan Bakı və Tehranda da sammitlər keçirilib. Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ildə iki dəfə Vladimir Putinlə görüşüb – sentyabrın 1-də Soçidə danışıqlar zamanı və Moskvada Futbol üzrə Dünya Çempionatının açılış mərasimində. Qarşıda duran beynəlxalq tədbirləri nəzərə alsaq, RF və Azərbaycan liderləri bu il beş görüş keçirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button