2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putin azərbaycanlı generallarla görüşdü – VİDEO

Bu gün Rusiya Prezidenti Vladimir Putin MDB Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Müşavirəsinin Moskvada keçirilən XIV iclasının iştirakçıları ilə görüşüb.

24saat.org azvision.az-a istinadən xəbər verir ki, Azərbaycanı iclasda təmsil edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Orxan Sultanov görüşdə iştirak ediblər.
Görüşdə Putin bildirib ki, beynəlxalq terrorizm və ekstremizmlə mübarizədə xüsusi xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi vacib məsələdir. O, qeyd edib ki, MDB ölkələri terrorla yanaşı başqa təhdidlərlə qarşılaşır: “Bura mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, korrupsiya və xarici qüvvələrin ölkələrin daxili siyasi vəziyyətinə təsiri daxildir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button