Loading...
Loading...
SEÇMƏ

Putin Cənubi Osetiya ilə ikili vətəndaşlıq barədə qanun imzalayıb

Rusiya prezidentinin imzaladığı qanun Cənubi Osetiya pasportuna sahib olan şəxslərə əllərindəki sənəddən imtina etmədən Rusiya vətəndaşlığını almağa imkan yaradacaq.

“Kavkazski uzel”in yazdığına görə, Vladimir Putin martın 14-də Dövlət Dumasına ikili vətəndaşlıq barədə müqavilənin ratifikasiyası barədə federal qanun layihəsi təklif edib ki, həmin qanuna görə Cənubi Osetiya sakinləri rahatlıqla Rusiya vətəndaşlığı ala bilər. 

Putin 2021-ci il avqustun 4-də Cənubi Osetiya ilə ikili vətəndaşlıq və Rusiya vətəndaşlığının sadələşdirilmiş şəkildə alınması müqavilə layihəsini təqdir edib. Dekabrın 1-də Cənubi Osetiya parlamenti həmin layihəni təsdiqləyib.

Müqavilə Cənubi Osetiya sakinlərini sosial müdafiə ilə təmin edəcək və onlara Rusiya təqaüdünü almağa imkan yaradacaq, – respublika prezidenti məsələyə aydınlıq gətirib. Cənubi Osetiya XİN xəbər verib ki, ikili vətəndaşlıq barədə müqavilə Rusiya ilə Cənubi Osetiya ratifikasiya fərmanları ilə mübadilə apardıqdan sonra qüvvəyə minəcək.  

Rusiya prezidenti “Rusiya Federasiyası ilə Cənubi Osetiya Respublikası arasında ikili vətəndaşlıq məsələsinin nizamlanması barədə müqavilənin ratifikasiyası haqqında” federal qanun imzalayıb. Bu gün “kremlin.ruxəbər verib.

Müqaviləyə əsasən, bir ölkənin vətəndaşları əllərində olan sənəddən imtina etmədən digər ölkənin vətəndaşlığını qəbul edə bilər, – Rusiya prezidentinin Dövlət-hüquq İdarəsinin Kreml saytında dərc olunduğu sənədində deyilir.

Müqavilə tərəflər ratifikasiya fərmanları ilə mübadilə apardıqdan sonra qüvvəyə minəcək və beş il ərzində qüvvədə qalacaq. Tərəflərdən biri növbəti beş ilin bitməsinə altı ay qalmış digər tərəfi müqaviləni bitirmək niyyətində olduğu barədə xəbərdar etməzsə, sənədin müddəti mexaniki olaraq uzadılacaq. Cənubi Osetiyanın 18 yaşından yuxarı istənilən sakini Rusiya vətəndaşlığını almaq üçün sadələşdirilmiş şəkildə ərizə verə bilər. 14 yaşınadək uşaqlar valideynləri kimi vətəndaşlıq ala bilər. Uşaq 18 yaşına çatanadək valideynlər ona yazılı ərizə əsasında vətəndaşlıq seçə bilər, müqavilədə deyilir.  

“Kavkazski uzel” həmçinin yazıb ki, mayın 13-ü Cənubi Osetiyanın Mərkəzi Seçki Komissiyası respublikanın Rusiyaya birləşdirilməsi məsələsi üzrə referendumun keçirilməsi haqda sənəd paketini təsdiqləyib və bu barədə rəyi prezident Anatoli Bibilova göndərib. Bibilovun bundan sonra sənədləri Cənubi Osetiyanın Ali Məhkəməsinə göndərməsi və referendumun iyulun 17-də keçirilməsi barədə fərmana qol çəkməsi üçün sadəcə bir neçə saat lazım gəlib. Mayın 24-də Cənubi Osetiyanın yeni prezidenti Alan Qaqloyevin inauqurasiyası keçirilən gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Cənubi Osetiyanın birləşdirilməsi üzrə hər hansı bir addım atmır, respublikanın birləşdirilməsi barədə referenduma çıxarılan məsələnin qoyuluşu isə hüquqi nöqteyi-nəzərdən təkmilləşdirmə tələb edir.       

Gözdən qaçırmayın:  Əlillik müddəti uzadılmayan astaralı: “Xəstəxanaya getməyə yolpulu tapmıram”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Cənubi Osetiyanın birləşdirilməsi ilə bağlı Moskvanın heç bir addım atmaması barədə söylədikləri Gürcüstan üçün siqnaldır. Belə ki, o, Cənubi Osetiyanı öz ərazisi sayır. Eyni zamanda Peskovun referendum məsələsini təkmilləşdirmək lazım olması barədə dediklərindən belə çıxır ki, Kreml Cənubi Osetiya hökumətinə referendumun keçirilməsi təşəbbüsünü ləğv etməsini başa salıb. “Kavkazski uzel”in şərhçilərinin sorğu keçirdikləri şəxslər belə hesab edir. 

Rusiya 2008-ci il avqustun 8-də Gürcüstanla Cənubi Osetiya arasında baş vermiş silahlı münaqişəyə müdaxilə etdikdən, daha sonra Cənubi Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra Gürcüstan Abxaziya və Cənubi Osetiya ərazilərinin Rusiyanın işğalı altında olduğunu hesab edir. Gürcüstan parlamenti Rusiya ilə diplomatik münasibətlərin pozulmasının lehinə səs verib, “Kavkazski uzel”in 2008-ci ilin “Beşgünlük müharibəsi” məqaləsində qeyd edilib. Həmin yazıda həmçinin silahlı münaqişənin təfərrüatları işıqlandırılıb.  

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button