2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Putin dəli olubmu? – 24 saat

Qərb kəşfiyyatçıları hesab edirlər ki, Rusiya lideri Putin özünün yaratdığı qapalı dünyanın tələsinə düşüb. Və bu, onları çox narahat edir.

Onlar uzun illər ərzində cənab Putinin niyyətini anlamaq üçün onun şüuruna nüfuz etməyə cəhd göstəriblər.  

Rusiya ordusunun Ukrayna çöllərində biabırçı vəziyyətə düşməsindən sonra bu cəhdlərin əhəmiyyəti daha da artıb. Qərblilər, Putinin təzyiq altında hansı reaksiyaları göstərəcəyini aydınlaşdırmaq isyətirlər. 

Saytların yığılması Saytlarin yigilmasi

Onun ruhi vəziyyətini başa düşmək, təhlükəli böhranın daha geniş miqyas almasından yayınmaq üçün həyatı əhəmiyyət daşıyır. 

Ehtimallar səslənirdi ki, Rusiya lideri xəstədir. Lakin əksər analitiklər güman edirlər ki, əslində o, təcrid vəziyyətinə keçib və istənilən alternativ baxışa qapalıdır.

Onun özünütəcridi görüşlərindən yayılan fotoşəkillərdə də aydın görünür. Məsələn, Fransa lideri Emmanuel Makronla təkbətək görüşdə, uzun masanın o başında oturarkən. Yaxud, müharibə ərəfəsində, milli təhlükəsizlik üzrə komandasının üzvləri ilə görüşdə. 

Cənab Putinin ilkin planı KQB zabiti tərəfindən hazırlanmış bəsit əməliyyat planına bənzəyirdi – qərb kəşfiyyatının təmsilçisi deyir. 

Onun sözlərinə görə, plan “sui-qəsd qruplaşması” tərəfindən qayət məxfilik şəraitində hazırlanmışdı. Nəticədə xaos alındı. Komandirlər hərbi əməliyyata hazırlıqsız yaxalandılar, hətta əsgərlər Ukrayna sərhədini keçərkən belə hara və niyə getdiklərini anlamırdılar

Qərar verən tək orqan

Qərb kəşfiyyatçıları bu plan barədə Rusiya rəhbərlərinin çoxundan daha artıq məlumatlı idilər. Amma indi onlar yeni bir problemlə üzləşiblər – Rusiya liderinin bundan sonra nə edəcəyini necə anlamalı? Bu isə elə də asan iş deyil.

“Kremlin hərəkətlərini anlamağın çətinliyi ondadır ki, Putin Moskvada qərar qəbul edən yeganə şəxsdir “, – əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiyada əməliyyatlarına rəhbərlik etmiş Con Sayfer deyir. Düzdür, prezidentin problemə baxışı onun açıq çıxışlarında aydın şəkildə ifadə olunur, lakin onun həmin baxışlara uyğun davranıb-davranmayacağı məsələsi kəşfiyyatın əsas problemi olaraq qalır. 

“Rusiya kimi yaxşı qorunan sistemlərdə liderin ağlında nə tutduğuna dair kəşfiyyat məlumatları əldə etmək mürəkkəb işdir. Üstəlik, o halda ki, heç onun özünün yaxın ətrafında olanlar da nə baş verdiyini bilmirlər”, – Britaniya kəşfiyyatı Mİ6-nın keçmiş başçısı Con Soers BBC-yə bildirib. 

Xəfiyyəçilərin dediyinə görə, cənab Putin özünü elə bir qapalı mühitə salıb ki, oraya kənardan olduqca az informasiya daxil olur. Xüsusilə də onun ağlında tutduğuna zidd ola biləcək informasiya. 

“Putin özünün yaratdığı təbliğatın qurbanına çevrilib. О, məhdud sayda adamları dinləyir, qalanlarını isə dərhal bloklayır. Bu durum onda dünyaya qəribə baxış formalaşdırıb”. Bunu isə psixologiya professoru, nəşrə hazırlanan “Casusların və casusluğun psixologiyası” kitabının həmmüəllifi Adrian Fernhem belə hesab edir. Ən riskli variant psixologiyada “qrup düşüncəsi” adlanan fenomenin hakim olmasıdır. 

“Əgər o qrup düşüncəsinin qurbanıdırsa, onda biz həmin qrupun kimlərdən ibarət olduğunu bilməliyik”, – professor Fernhem deyir.

Putinin ünsiyyət saxladığı çevrə onsuz da həmişə dar olub. Ukrayna ilə müharibə məsələsi gerçəkləşəndə isə bu çevrə həmin “sidq-ürəkdən inanan”, Putinin ideya və düşüncələrini sözsüz təqdir edən bir ovuc adama qədər sıxlaşdı. 

Vladimir Putinin yaxın ətrafındakı məsləhətçiləri kim ola bilər?

Onun yaxın çevrəsinin bu qədər sıxlaşdığı ilk dəfə xarici kəşfiyyat şefini milli təhlükəsizlik müşavirəsində aşağılayarkən göründü. Bir neçə saat sonrakı çıxışı isə onun Ukrayna və Qərb mövzusunda nə qədər vəsvəsədə olduğunu nümayiş etdirdi

Onu diqqətlə müşahidə edənlər deyir ki, Rusiya lideri ölkəsinin 90-cı illərdəki zəif və aşağılanmış halını unutdurmağı arzulamaqla yanaşı, Qərbin onu devirmək və Rusiyanı əzməkdə qərarlı olduğuna əmindir. Putinlə görüşən bir nəfər xatırlayır ki, o, Qəddafinin devrildikdən sonra öldürülməsini əks etdirən videoyazıya baxmaqdan doymurdu.

MKİ-nin direktoru Uilyam Bernsdən Putinin psixi durumunu qiymətləndirməyi xahiş edəndə, o deyib ki, Kremlin indiki sahibi “uzun illər inciklik və ambisiyanın qarışığında qaynayıb”, “bişib” və fərqli baxışlardan təcrid olunub. 

Doğrudanmı Rusiya prezidenti dəli olub? Bu sualı Qərbdə indi çoxları verir. Amma ekspertlərin çoxu bu cür yanaşmanı faydalı saymır. Bu sahədə böyük təcrübəsi olan psixoloq deyir ki, məsələn, Ukraynaya təcavüz qərarını başa düşmədiyimiz üçün belə bir qərarı verən adamı “dəli” saymağımız doğru deyil. 

MKİ-də xarici ölkələrin qərar verən şəxslərinin “liderlik analizi”ni aparan bir komanda var. Onlar məxfi kəşfiyyat məlumatlarına əsaslanaraq, həmin şəxslərin bioqrafiyasını, qarşılıqlı əlaqələrini və sağlamlıq vəziyyətlərini öyrənirlər. 

Bu cür məlumatların başqa bir mənbəyi isə həmin şəxslərlə birbaşa təması olan adamların danışdıqlarıdır. Məsələn, belə bir məlumat var ki, Almaniya lideri Angela Merkel 2014-cü ildə prezident Obamaya Putinin “başqa dünyada” yaşadığını deyib. Yaxud, Kreml rəhbəri ilə ən sonuncu görüşənlərdən biri, Makron onu əvvəlki görüşlərdə olduğundan “daha sərt, daha qapalı” sayıb. 

Nəsə dəyişibmi? Bəziləri heç bir dəlil-sübut olmadan onun səhhətinin pisləşdiyi, yaxud dərmanların mənfi təsir göstərdiyi barədə düşünür. Başqaları psixoloji amillərə üstünlük verirlər. Məsələn, deyirlər ki, o, “Rusiyanın müdafiəsi və böyüklüyünün bərpa olunması” missiyası üçün ona ayrılmış vaxtın bitdiyini hiss edir və bu, onu özündən çıxarır. Rusiya lideri Coivd pandemiyası dövründə özünü ciddi şəkildə təcrid etmişdi, bu da ona müəyyən psixoloji təsir göstərə bilər.

“Putin, çox güman ki, psixi xəstə deyil və dəyişib-eləməyib də. Baxmayaraq ki, o, son illərdə çox tələsir və ifrat dərəcədə təcrid olunub”. Bunu isə ABŞ-ən keçmiş hökumət həkimi və diplomat Ken Dekleva deyir. O, hazırda Corc Buş Fondunun Amerika-Çin münasibətləri üzrə böyük elmi işçisidir. 

İndi ən çox narahatlıq doğuran budur ki, Putinin qapalı çevrəsinə dəqiq məlumat daxil olmur. Belə görünür, onun kəşfiyyat orqanları müharibədən əvvəl ona eşitmək istəmədiyi həqiqətləri söyləyə bilməyiblər, əvəzində hərbi müdaxilənin necə baş verəcəyi və rus qoşunlarının necə qarşılanacağı barədə əl-əlvan cümlələr söyləyiblər. 

Ötən həftə qərbli məmurlardan birinin dediyi kimi, cənab Putin öz ordusunun düşdüyü real durum barədə qərb kəşfiyyatında olan məlumatlara malik deyil. Bu isə narahatlıq doğuran növbəti məqamdır: Rusiyada vəziyyətin həqiqətən pisləşdiyini görəndə o, necə reaksiya verəcək? 

Dəli nəzəriyyəsi

Cənab Putinin özü danışır ki, o, uşaq olanda siçovulu necə qovurmuş. Küncə qısnanan biçarə heyvan qayıdıb balaca Vladimirin üstünə atılanda isə onun özü qaçmağa məcbur olub. İndi qərbli siyasətçiləri düşündürən sual budur: bəs bir gün cənab Putin özünü küncə qısnanmış hiss eləsə, onda nə olacaq?

“İndi sual budur ki, o, sıxıldıqca doğrudanmı daha da qəddarlaşa və əlində olan silahlar baxımından daha da güclü ola bilər?”, – qərbli məmur deyir. Axı, onun kimyəvi silah, yaxud taktiki nüvə silahı istifadə edəcəyindən narahatlıq var idi. 

Putinin özü də düşmənlərini qorxutmaq, geri çəkindirmək üçün özünün təhlükəli, hətta irrasional olduğu təsəvvürünü yaratmaq naminə belə bir oyun oynaya bilər – bu, məşhur və məlum taktikadır (bəzən buna “dəli nəzəriyyəsi” deyirlər). 

Bu gün qərbli siyasətçi və xəfiyyəçilər üçün Rusiya liderinin niyyət və düşüncələrini anlamaqdan daha vacib heç nə yoxdur. Onun reaksiyalarının hesablanması, onu daha nə qədər sıxmağın mümkün olduğu hesablamaq üçün böyük əhəmiyyət daşıyır. 

“Putinin xarakteri uğursuzluq və zəifliyi yaxına biraxmır. O, belə şeylərə nifrət edir”, – Ken Dekleva deyir. “Küncə qısnanmış, zəiflədilmiş Putin – ən təhlükəli Putindir. Bəzən ayının qəfəsdən qaçmasına və meşəyə qayıtmasına imkan vermək daha yaxşı çıxış yoludur…”

(Məqalənin orijinalı – Ukraine war: Western agents seek to get inside Putin’s head (BBC news)

24 saat” “Putin dəli olubmu? – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button