2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Putin həbs olunacaqmı? – Azərbaycanlı prokuror rəy verdi

Ukrayna Respublikasının Baş prokurorunun keçmiş müavini, cinayət hüququ üzrə ekspert Gündüz Məmmədov Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order verməsini hüquqi şərhini verib. Pressklub.az Gündüz Məmmədovun rəyini Ukrayna mediasına istinadla təqdim edir.

*** 

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Rusiya uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın həbsi üçün orderlər verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu nə deməkdir və hansı nəticələri ola bilər?

Cinayətlərin kvalifikasiyasını bilmək və nəzərə almaq vacibdir. Söhbət Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların qanunsuz deportasiyasından və Rusiya Federasiyasına qanunsuz köçürülməsindən gedir. Cinayətlər ən azı 2022-ci il fevralın 24-dən etibarən Ukraynanın işğal olunmuş ərazisində törədilib. Uşaqların deportasiyası müharibə cinayəti kimi təsnif edilir.

Eyni zamanda, əlavə sübutlar olduqda, müvafiq hərəkətlər insanlığa qarşı cinayət və ya soyqırım kimi tövsif edilə bilər. Bununla belə, ən ağır beynəlxalq cinayətlərin bu növləri daha yüksək sübut həddinə malikdir.

BCM beynəlxalq əhəmiyyət kəsb edən ən ağır cinayətlərə görə cinayət məsuliyyəti daşıyan şəxslər üzərində yurisdiksiyaya malikdir. Söhbət müharibə cinayətlərindən, insanlığa qarşı cinayətlərdən, soyqırımdan, təcavüz cinayətindən gedir. Və istintaqın nəticələrinə əsasən prokuror həbs qətimkan tədbirinin verilməsi ilə bağlı müvafiq vəziyyətin araşdırılmasına nəzarət edən İbtidai Məhkəməyə vəsatət verə bilər.

Order vermək üçün hakimlər şübhəlinin beynəlxalq cinayət törətdiyinə dəlalət edən əsasların olduğuna əmin olmalıdırlar.

Vladimir Putin həm bilavasitə törədilən cinayətlərə, həm də onun nəzarətində və tabeçiliyində olan şəxslərin əməllərinə görə məsuliyyət daşıyır.

Mariya Lvova-Belova Rusiya Federasiyası Prezidentinin uşaq hüquqları üzrə nümayəndəsi kimi ukraynalı uşaqların deportasiyası və Rusiya ərazisində övladlığa götürülməsi ilə bağlı Rusiyanın dövlətinin siyasətini birbaşa həyata keçirir.

Həbs orderləri o deməkdir ki, Putin və Lvova-Belova Roma Əsasnaməsini ratifikasiya etmiş (belə 123 ölkə var) və BCM ilə əməkdaşlıq edən bütün ölkələrdə həbs oluna bilər.

Yeri gəlmişkən, hətta Rusiya Federasiyasının bəzi şərti müttəfiqləri də Roma Əsasnaməsini ratifikasiya ediblər. Məsələn, Boliviya və Venesuela.

Uşaqlarla bağlı mövzu həmişə həssasdır. Təkcə rəsmi məlumatlara görə, 16 226 uşaq Ukraynadan deportasiya edilib. Və bu, yalnız son bir ildə baş verib. Real rəqəmlər, yəqin ki, daha çoxdur. Bu uşaqlar arasında sosial cəhətdən həssas qruplar var: valideyn himayəsindən məhrum olanlar və kimsəsizlər.

Rusiya rəsmiləri, xüsusilə Lvov-Belova sosial şəbəkələrdə ukraynalı uşaqların ruslar tərəfindən övladlığa götürülməsi ilə bağlı məlumatları açıq şəkildə paylaşırlar. Yəni ruslar özləri ukraynalı uşaqların çıxarılmasını lentə alıb, sənədləşdirir və bununla da əlavə sübutlar yaradırlar.

Bu qərar həqiqətən vacibdir. Və beynəlxalq cinayətlərin miqyasını və mürəkkəbliyini nəzərə alsaq, nəticə həqiqətən tez olur. Bu isə müəyyən nikbinliyə əsas verir. Axı istintaq 2022-ci il martın 3-də açılıb. Və əslində, bir il ərzində artıq iki orderimiz var. Həm də yuxarı məmurlar üçün.

Səyləri təqsirinin sübut oluna biləcəyi konkret hallara yönəltmək düzgün strategiyadır. .

Yüksək vəzifəli şəxslərə qarşı qəbul olunmuş bu qərar beynəlxalq ictimaiyyət üçün güclü mesaj və Beynəlxalq Cinayət Məhkəməsinin rolunun potensial olaraq gücləndirilməsidir.

Rusiyanın təcavüzü və cinayətlərin nəhəng miqyası bir növ sınaq və BCM üçün öz imkanlarını sübut etmək şansı oldu. Və görünür, Məhkəmə bunu başa düşür.

Bununla belə, qərar yalnız Rusiyanın genişmiqyaslı təcavüzündən sonra baş vermiş cinayətlərə aiddir.

Eyni zamanda, uşaqların həm Krımdan, həm də Donbasdan deportasiyası faktları daha əvvəl, 2014-cü ildən qeydə alınıb. Xüsusilə, 2014-cü ildə Krımda 4300-ə yaxın valideyn himayəsindən məhrum və kimsəsiz uşaq yaşayıb.

Onlara Rusiya vətəndaşlığının verilməsi, rus ailələrinə övladlığa götürülmə və deportasiya edilməsi faktları az deyil. Krım Prokurorluğu müvafiq icraatları qeydə alıb. Ona görə də, məncə, BCM faktları 2022-ci ildən yox, 2014-cü ildən araşdırmalıdır.

Sözügedən orderlərin verilməsi, xüsusilə, uşaqların deportasiyası məsələsi ilə uzun müddət məşğul olan və bu kateqoriyadan olan cinayətlərin əhəmiyyətini vurğulayan bir sıra Ukrayna qeyri-hökumət təşkilatlarının səyləri sayəsində mümkün olub.

Belə təşkilatlar arasında “Україна.5 ранку” (“Ukrayna. Səhər saat 5” – red.) Koalisiyasının üzvləri də var. Xüsusilə, İnsan Hüquqları üzrə Regional Mərkəz və məsələn, problemi araşdıran, uşaqların qeyri-qanuni yerdəyişməsi və deportasiyası ilə bağlı işlərdə zərər çəkmiş şəxslərin maraqlarını universal yurisdiksiya vasitəsilə təmsil edən Ukrayna Hüquq Məsləhət Qrupu (ULAG).

ULAG hüquq müdafiəçiləri hüquq-mühafizə orqanları və Baş Prokurorluğun Uşaq Maraqlarının Müdafiəsi və Zorakılıqla Mübarizə İdarəsi ilə də əməkdaşlıq edir. Bu əməkdaşlığın məqsədi uşaqların məcburi köçkün olması və günahkarların cəzalandırılması faktlarının mümkün qədər səmərəli şəkildə araşdırılmasına xidmət edən aydın strategiya hazırlamaqdır.

O da var ki, hazırda Putini fiziki olaraq həbs etmək çətindir və Beynəlxalq Cinayət Məhkəməsi işlərə yalnız əyani şəraitdə baxır. O, artıq hüquqi statusunu dəyişərək, şübhəli şəxsə və təcrid olunmuş bir diktatora çevrilib.

Hər halda, başa düşməliyik ki, bu, yalnız birinci haldır. Aydındır ki, başqaları da olacaq. Orderin verilməsi isə hələ şəxsin müqəssir sayılması demək deyil. İstintaq davam edir, ona görə də nəticələri gözləyirik.

Gündüz Məmmədov, 
Milli və beynəlxalq cinayət hüququ üzrə ekspert, hüquq elmləri namizədi, 2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini

The post Putin həbs olunacaqmı? – Azərbaycanlı prokuror rəy verdi appeared first on 24 saat.

24 saat” “Putin həbs olunacaqmı? – Azərbaycanlı prokuror rəy verdi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button