2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin İKİ VARİANT qarşısında: müharibə, yoxsa…

“Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri ərəfəsində seçicilərə növbəti “böyük qələbə”ni təqdim etmək istəyir. Lakin Putin anlayır ki, reytinqin qaldırılması üsulu kimi yeni hərbi macəra özünü bitirib”.
Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşri üçün məqaləsində Rusiya politoloqu Dmitri Oreşkin bildirib.
“Putin seçiciləri hansısa yolla təəccübləndirməlidir. Və Rusiyada bütün daxili siyasət bunun üçün işləyir. Putində reytinqin üç sıçrantısı olub və hamısı müharibələrlə bağlıdır: çeçen, gürcü və Ukrayna. Dördüncü müharibəni etmək mümkün olmayacaq”, – politoloq qeyd edib.
Onun sözlərinə görə, Putinə yalnız daxili informasiya sahəsində qalib gəlmək qalır.
“Baltikyanı ölkələrə hücum etmək olmaz, çünki orada artıq NATO hazırdır. Donbasda həmçinin olmaz, bu müharbənin xərcləri ağır olacaq. Putində reytinqin qaldırılması üçün cəmi iki variant qalıb. Variantlardan biri məşhur Rusiya siyasətçisi, qeyri-populyar iqtisadi islahatların ideoloqu Anatoli Çubaysı (“Rosnano” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri – red.) zərərsizləşdirməkdir. Onda xalq sevinc içində nəfəs alacaq və düşünəcək ki, Vladimir Putin sərt insandır. İkinci variant daha realdır. Kimisə qəzəblənmiş camaatın relslərinə atmaq lazımdır. O, seçkilərdən əvvəl səsləri toplamaq və seçkilərdən sonra kürsun dəyişəcəyini göstərmək üçün Medvedevi (baş nazir Dmitri Medvedev – red.) verəcək, mənim buna şübhəm yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button