2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin Kabayeva üçün Rusiyanın ən böyük mənzilini alıb – 90 milyon rubla

Rusiya Prezidenti Vladimir Putin bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayevaya ölkənin ən böyük mənzilini alıb. Bu haqda “Proyekt” araşdırma portalı yazır.

Saytların yığılması Saytlarin yigilmasi

Söhbət Soçidəki “Korolevskiy park” yaşayış kompleksində ikimərtəbəli dəbdəbəli penthausdan gedir. Mənzilin sahəsi 2.6 min kvadrat metrdir. Orada hovuz, kinoteatr, patio və şəxsi vertolyot meydançası yerləşir.

Penthausun dizayneri Valentin Yudaşkindir. 2021-ci ildə “ЦИАН” daşınmaz əmlak bazası həmin penthausu “Rusiyanın ən böyük mənzili” adlandırıb.

“Proyekt” yazır ki, pentahus 2011-ci ildə Putinin adamı Oleq Rudnovun adına qeydiyyata salınıb. Məhz o 2000-ci illərdə Peterburqda “Dvortsovaya” meydanı yaxınlığındakı daşınmaz əmlakı Rusiya prezidentinin sevgilisi Svetlana Krinovoqixə verib.

Sonradan penthaus Rudnovun oğlu Sergeyin adına keçib. Mənzilin alınması üçün 90 milyon rubla yaxın vəsaiti isə Rudnov prezidentin “pul kisəsi”ndən – Kiprdəki Ermira ofşorundan əldə edib. Bunu portala prezidentin dostlarından birinin keçmiş baş meneceri deyib.

“Proyekt”in mənbəsinin dediyinə görə, Rudnov mənzili məhz Alina Kabayeva üçün alıb. Yaşayış kompleksinin penthausa bitişik iki mənzili Kabayevanın nənəsi Anna Zatsepilinanın adına salınıb. Nəşr həmin mənzillərin “ucuz” – 20.7 milyon rubla alındığını yazır. Hazırda bu cür mənzillər 65 milyon rubla satılır.

Penthausun gerçəkdən Kabayevaya bağlılığını dəqiqləşdirmək üçün “proyekt”in müxbiri Soçiyə gedib, alıcı qismində iki rieltorla görüşüb. Həmin kompleksdə mənzil alveri ilə məşğul olan həmin şəxslər ayrı-ayrılıqda müxbirə deyiblər ki, penthausun “Kabayevaya məxsus olduğunu” eşidiblər.

“Dosye” mərkəzi daha öncə üzə çıxarmışdı ki, Putinin yaxın ətrafından olanlar 15 il ərzində Kabayevaya kömək ediblər: qadın onlardan daşınmaz əmlak və 12.3 milyard rubl dəyərində kredit alıb. Portal rəsmi mənbələrə istinadla Kabayevanın, anasının, bacısı və nənəsinin Moskva və Peterburqda 10 mənzil, Soçidə kottec, Moskva vilayətində iki ev və torpaq sahəsinin sahibi olduqlarını yazıb. Mərkəzin hesablamasına görə, bütün bu mülklərin bazar dəyəri 2.5 milyard rubla yaxındır.

Alina Kabayeva “Milli media qrupu”nun direktorlar şurasının başçısıdır. Onun şəxsi həyatını tez-tez Rusiya prezidenti ilə bağlayırlar. “The Wall Street Journal” yazırdı ki, idmançı Putinin “minimum üç uşağının anası” ola bilər.

Jurnalistlərin yazdıqlarına görə, o, 2015-ci ildə İsveçrədə Putindən uşaq dünyaya gətirib, 2019-cu ildə isə Moskvada əkizləri doğub.

Kreml Putinin övladları haqda heç vaxt şərh verməyib, bunun ictimai maraq doğuran məsələ olduğunu danıb. Rusiya ötən ilin fevralında Ukraynaya tammiqyaslı hücum edəndən sonra ABŞ, Aİ, Böyük Britaniya, Kanada, Avstraliya və Yaponiya Kabayevaya sanksiyalar açıqlayıb.

24 saat” “
Putin Kabayeva üçün Rusiyanın ən böyük mənzilini alıb – 90 milyon rubla
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button