Dünya

Putin Krım körpüsündə partlayışa görə Ukraynanı ittiham edir

Putin oktyabrın 10-da Təhlükəsizlik Şurasının iclasını keçirəcək

İşğal olunmuş Krımla Rusiyanın əsas hissəsini birləşdirən körpünü dağıtmış nəhəng partlayış Ukrayna xüsusi xidmətlərinin təşkil etdiyi “terror” aktı idi. Belə bir iddiayla Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

“Buna şübhə yoxdur. Bu, kritik əhəmiyyətli mülki infrastrukturu dağıtmağı hədəfləyən terror aktı idi”,Putin oktyabrım 9-da Kremlin Telegram kanalına yerləşdirilmiş videoda deyib. Amma o, dediklərinə sübut göstərməyib.

“Bunu Ukrayna xüsusi xidmətləri hazırlayıb, həyata keçirib və göstəriş verib”, – Putin vurğulayıb.

Putin bu bəyanatdan öncə Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkinlə görüşüb, oktyabrın 8-də baş vermiş partlayışyanğın üzrə təhqiqatı müzakirə edib.

19 km-lik Krım körpüsü 3.6 milyard dollara başa gəlib.

Bastrıkin iddia edib ki, Ukrayna xüsusi xidmətlərimə hücumda Rusiya və digər ölkələrin vətəndaşları kömək edib. Onun sözlərinə görə, partlayışı törətməkdə şübhəli bilinən yük maşını Bolqarıstan, Gürcüstan, Ermənistanda, Rusiyanın Şimali Osetiya və Krasnodar vilayətlərində olub.

Ukrayna bu hücuma görə məsuliyyəti götürməyib. Ancaq partlayış Ukrayna əsgərləri və dinc sakinlərində böyük mənəvi ruh yüksəkliyi aradıb, Putinin nüfuzuna aşağılayıcı zərbə vurub.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edib.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərimə görə, Putin oktyabrın 10-da Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın Zaporojye şəhərində mülki hədəflərə son hücumunu “dövlət səviyyəsində terrorçuluq” adlandırıb. Həmin hücumda 14 nəfər həlak olub, uşaqlar daxil olmaqla, xeyli yaralı var.

“Dövlət səviyyəsində terrorçuluq ən ağır beynəlxalq cinayətlərdən biridir”, Zelenski oktyabrın 9-da video müraciətində deyib.

Zaporojyedəki Ukrayna rəsmiləri Rusiya qüvvələrinin şəhərə 9 raket atdığını, iki yaşayış binasında və onlarla şəxsi evdə 14 nəfərin öldüyünü, 70 nəfərin, o cümlədən 11 uşağın xəsarət aldığını bildirib.

Ötən gecə isə Zaporojye yenidən atəşə tutulub, bir yaşayış binası dağılıb, vilayət qubernatoru Oleksandr Starux oktyabrın 10-da səhər deyib.

Zaporojye AES şəhərdən cənub-qərbdə yerləşir, müharibənin əvvəlində Moskvanın əlinə keçib.

“Bu, bilərəkdən zərbə idi. Əmri verənlər və onu icra edənlər haranı vuracaqlarını bilirdilər”,Zelenski söyləyib.

Bu arada Ukrayna qüvvələrinin ölkənin cənubunda və şimal-şərqində həftələrdir gedən əkshücumunun davam etdiyi xəbər verilir.

Ukrayna cənub hərbi komandanlığının sözçüsü Nataliya Humenyuk oktyabrın 9-da deyib ki, “əkshücum başlayandan bu günəcən Xerson istiqamətində 1170 kvadrat kilometrdən çox ərazi azad olunub”.

Britaniya Müdafiə Nazirliyinin oktyabrın 10-da yaydığı məlumata görə, Ukrayna qüvvələri “həm şimal-şərq, həm də cənubda Xerson vilayətində Rusiya qüvvələrimə təzyiq yaratmaqdadır”.

Gözdən qaçırmayın:  İran dronlarını bir neçə kilometrdən necə aşkar edirlər

Kəşfiyyat eyni zamanda Moskvanın Ukraynanın şərqinə, əsasən də Donetsk vilayətindəki Baxmut ətrafına diqqət ayırdığını, Rusiya qüvvələrinin şəhərə girməyə yaxınlaşdığını qeyd edir.

Moskva Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luhansk vilayətlərinin ilhaqını elan etsə də, Rusiya qüvvələrinin itkiləri davam edir.

24 saat” “
Putin Krım körpüsündə partlayışa görə Ukraynanı ittiham edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button