2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putin Krımda

Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin barəsində həbs qərarı çıxarmasından bir gün sonra, martın 18-də Rusiya prezidenti Vladimir Putin ilhaq edilmiş Sevastopola gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Moskvanın təyin etdiyi qubernator Mixail Razvojayev yazıb. Daha sonra məlumat Kremlin saytında yer alıb.

(Bir gün əvvəl, martın 17-də Putin Krımla bağlı video formatda toplantı keçirib-red.)

Bu Putinin Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı işğal müahribəsindən sonra Krıma ilk səfəridir. Məlumatda qeyd edilir ki, Putinin bu səfəri Krım yarımadasının ilhaqının doqquzuncu ildönümü ilə bağlıdır.

Rəsmi məlumatlara görə, Putin bundan əvvəl Krımda 2021-ci ilin noyabrında olub. İlhaqın ildönümünə isə ilk dəfə 2020-ci ildən səfər etməyə başlayıb. Ötən il və ondan qabaq Putin 18 mart tarixində Moskvada olub.

Razvojaev teleqram kanalında bu səfərin planlaşdırılan səfər olmadığını qeyd edib. Onun sözlərinə görə, Sevastopolda, Xersonese Tauride yaxınlığındakı incəsənət məktəbi və uşaq mərkəzi “Korsun”un videobağlantı vasitəsilə açılması planlaşdırılsa da, Putin bu açılışa şəxsən gəlib.

Razvojayevin yazdığına görə, Putin “sükan arxasına” gəlib. Amma o, hava məkanı bağlı olan Krıma Putinin necə gəldiyini dəqiqləşdirməyib.

Yayımlanan videoda Putin heç bir siyasi bəyanatla çıxış etmir, sadəcə müşayiətçilərinin ona göstərdiklərini şərh edir.

Vladimir Putin Krımın ilhaqını 2014-cü il martın 18-də Moskvada rəsmən elan edib. Rəsmi elandan əvvəl isə Rusiyanın tərkibinə daxil olmaqla bağlı Krımda referendum keçirilib.

Bu səsvermənin nəticələri dünyanın əksər ölkələri tərəfindən tanınmayıb.

Həmin vaxt yarımada Rusiya ordusunun nəzarəti altında idi. Rusiya hakimiyyəti əvvəlcə silahlı şəxslərin Rusiya ordusunun üzvləri olduğunu etiraf etməkdən imtina edib.

Amma bir müddət sonra Putin onların rus əsgərləri olduğunu etiraf edib.

2022-ci il fevralın 24-də Rusiya yenidən Ukraynaya hücum edib və hazırda bu işğal davam edir.

Bu işğala görə, Beynəlxalq Cinayət Məhkəməsi (The International Criminal Court – ICC) “Ukraynada yaranmış vəziyyət kontekstində” martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verdiyini bəyan edib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button