2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin Lukaşenko ilə vahid qaz bazarı üzərində razılıq əldə etdiyini bildirib

Rusiya Prezidenti Vladimit Putin deyir ki, o və onun belaruslu həmkarı Aleksandr Lukaşenko vahid qaz bazarı üzərinə razılıq ediblər. O həmçinin Belarusu tərifləyərək, oradakı vəziyyətin aylarla davam edən qarışıqlıqdan sonra “sabitləşdiyini” deyib.

Putin sentyabrın 9-da Moskvada aparılan üç saatlıq danışıqlardan sonra Lukaşenko ilə birlikdə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Lukaşenkonun Moskvaya səfəri onunla Putinin iki ölkəni yaxından inteqrasiya edəcək “Vahid Dövlət”yaratmaqla bağlı onillərdir davam edən planı yekunlaşdıracaqlarına dair spekulyasiyaları artırmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Bunun baş verib-vermədiyi bəlli olmasa da, Lukaşenko bundan öncə ölkələrin inteqrasiyanın yekunlaşdıran 28 yol xəritələrinin oktyabrın 28-də imzalanacağına işarə edib.

Bu arada isə Lukaşenko Putinlə danışıqların dürüst və konstruktiv olduğunu deyib.

Görüşdən öncə Belarus lideri Aleksandr Lukaşenkonun Belarusun suverenliyini kökündən məhv edə biləcək bir müqavilə imzalamaq fikrində olduğu üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığı bildirilmişdi.

Sentyabrın 9-da keçirilən görüş 1990-cı illərin əvvəllərindən bəri hakimiyyətdə olan Lukaşenkonun Belarusda görünməmiş siyasi qarışıqlıqdan sonra bu il Putinlə beşinci görüşüdür.

Təxminən 20 il əvvəl Minsk və Moskva iki ölkənin iqtisadiyyatını yaxından birləşdirəcək “vahid dövlət” qurmaqla bağlı razılıq əldə edib və bu, iki keçmiş sovet respublikasının potensial olaraq yenidən birləşməsi yolunda böyük bir addım ola bilər.

Lakin detallar üzərində danışıqlar illərlə uzandığı üçün bir çox müşahidəçi Lukaşenko və onun müttəfiqlərinin danışıqlardan Moskvadan güzəştlər əldə etmək üçün istifadə etdiyinə dair nəticəyə gəlib.

Keçən ay Belarusun Rusiyadakı səfiri müqaviləni yekunlaşdırmaq üçün bütün yol xəritələrinin (və ya fəsillərin) demək olar ki, hazır olduğunu və Lukaşenko-Putin sammitində yekunlaşdırıla biləcəyini bəyan etmişdi.

Bu layihə iki ölkənin yenidən birləşməsi yolunda böyük bir addım ola və eyni zamanda Belarusun suverenliyinə xələl gətirə bilər.

Rusiya dövlət televiziyası iki liderin sentyabrın 9-da Kremldə görüşdükləri zaman bir-birlərinə əl verdiklərini və qucaqlaşdıqlarını nümayış etdirib.

Putinlə ilk çıxışı zamanı Lukaşenko ruslar və belarusların bir xalq olduğunu deyib.

“Bütün sivil ölkələr kimi yalnız birlikdə, yalnız ittifaq olaraq hərəkət edirik. Biz doğma dövlətlər, yaxın xalqlar, praktiki olaraq bir xalqıq. Həm ruslar, həm də belaruslar eyni kökdən gəlir”- deyə, Lukaşenko bildirib.

Putinin Belarusdakı sabitliyi tərifləməsi 2020-ci ilin avqustunda Lukaşenkonun qalib gəldiyini iddia etdiyi prezident seçkisindən sonra ölkədə aylarla davam edən misli-görülməməiş siyasi qarışıqlıdan sonraya təsadüf edib.

Belarus müxalifəti seçkinin saxtalaşdırıldığını hesab edib və bu, aylarla küçələrdə etirazların və kütləvi nümayişlərin keçirilməsinə səbəb olmuşdu.

Qərb hökumətləri müxalifətə, müstəqil mediaya, insan haqları qruplarına və vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlərə görə Lukaşenkonu legitim prezident olaraq tanınmayıb və onun hökumətinə sanksiyalar tətbiq edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button