2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

PUTİN MEDVEDİYEVİ “XƏRCLƏYƏCƏK”, YOXSA…?

Vladimir Putin prezident seçkiləri öncəsi, seçkilərin nəticəsinə təsir göstərmək məqsədiylə, gözlənilmədən iki dəfə baş naziri istefaya yollamışdı. Lakin “Bloomberg” belə hesab edir ki, çox böyük ehtimalla, öz sələflərinə görə bu vəzifədə daha çox əyləşən Dmitri Medvedyev istisna təşkil edəcək və hətta o, nə vaxtsa yenidən Putinin varisi olmağa ümid də bəsləyə bilər. Ancaq hazırda Medvedyevin reytinqi korrupsiya ittihamları fonunda xeyli aşağı düşüb. Elə buna görə də, son illərin ən böyük anti-Kreml etirazları ölkəni bürüyüb. Nəticədə, prezidentin, seçki qabağı baş nazirdən qurtulması tamamilə mümkün hala gəlib.

Medvedyevin yaxın müttəfiqlərinin sözlərinə görə, hazırda baş nazir öz siyasi gələcəyindən heç zaman olmadığı kimi narahatdır. Kremlə yaxın olan mənbənin verdiyi məlumata əsasən, 2018-ci ilin mart ayındakı prezident seçkiləri yaxınlaşdıqca Medvedyevin mövqeyi daha da zəifləyəcək. İki illik iqtisadi tənəzzül üzündən onun reytinqi onsuz da yüksək deyil. Mart ayındakı korrupsiya qalmaqlından sonra Medvedyevin reytiniqi bir qədər də aşağı yuvarlanıb.

ruský premiér Dmitrij Medvedev
“Levada–Mərkəzin” keçirdiyi rəy sorğusuna görə, onun populyarlıq reytinqi hal-hazırda 42 faizdir. Bu arada Putinin populyarlığı isə, əvvəlki tək öz yüksək reytinq səviyyəsini -82%-i saxlamaqdadır.

Saytların yığılması Saytlarin yigilmasi

Hörmət və nüfuz səviyyəsi aşağı olan baş nazirdən yaxa qurtarılması zərurəti aydın görünür.

Gələn il keçiriləcək prezident seçkilərində qələbəsi praktik baxımdan təmin olunmuş Vladimir Putinin hakimiyyətdə qalma müddəti Stalindən sonra ən uzun olacaq. Bu isə seçicilərdə çətin ki, hansısa həvəs və ya maraq oyatsın. Putinin ölkədəki iki nömrəli adamı əvəzləməsi, onun öz hökuməti üçün yeni təəssurat yarada bilər. Bu isə seçkilərdə iştirakçıların sayını artırar.

Amma Medvedyevin istefası Putinin rəqiblərini həvəsləndirə bilər. Burada söhbət əsasən Aleksey Navalnıdan gedir. Belə ki, mart ayının əvvəlində Navalnı hazırladığı sənədli filmdə Rusiyada və İtaliyada bahalı daşınmaz əmlak əldə edən Medvedyevi ittiham edib. Filmdə Medvedyevə yaxın olan biznesmenlər tərəfindən bütün bunların hamısına saxta xeyriyyə fondları vasitəsilə 1 milyard dollar xərcləndiyi göstərilir. 2011-ci ilə kimi Kremlin məsləhətçisi olmuş siyasətşünas Qleb Pavlovski qeyd edir ki, Medvedyevin istefaya göndərilməsi Navalnı üçün göydəndüşmə hədiyyə olardı.

navalnin

Navalnının videosu “You Tube”da təxminən 20 milyon dəfə izlənilib. Məhz bu video 26 mart tarixində ölkənin hər tərəfini bürümüş etiraz aksiyalarına səbəb olub. Rusiyanın 80 şəhərinin küçələrinə 60 mindən çox insan çıxmışdı.
Kremlin düşüncə tərzinə bələd olan mənbənin sözlərinə görə, mitinqlərin miqyası və orada məktəblilər və tələbələrin aktiv şəkildə iştirak etməsi Putin üçün xoşagəlməz sürpriz olub. Digər yandan, hakimiyyətə yaxın olan mənbələr isə, baş verənlərin ölkə hakimiyyətində təlaş yaratmdığını deyirlər.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Medvedyevin populyarlığının düşməsi barəsində deyib: ”Reytinqlər azala və ya qalxa bilər, bu normal prosesdir”.

Ancaq Peskov, ”Putin əvvəlki kimi baş nazirə tam etibar edirmi” sualına cavab verməkdən yayınıb. “Levada-Mərkəz”-in bu yaxınlarda apardığı rəy sorğusuna əsasən, respondentlərin 45% Medvedyevin istefasını istədikləri halda, yalnız 33% bunun əleyhinə olduğunu söyləyib.

Məsələ ilə əlaqədar baş nazir Dmitri Medvedyevin mətbuat katibi Natalya Timakova deyib: “Hökumət başçısı, ”Levada-Mərkəz” kimi müəyyən siyasi sifariş yerinə yetirən bu cür sosioloji sorğulara xüsusi əhəmiyyət vermir”.
İndi Medvedyevin 51 yaşı var. O, 2008-2012-ci illərdə Rusiya prezidenti olub. Onda Putin, konstitusiyaya görə bir şəxsin iki dəfə dalbadal prezident seçilə bilməməsi məhdudiyyətindən yan keçmək üçün baş nazir postunda əyləşdi. Öz dövründə Medvedyevi potensial islahatçı hesab edənlər də vardı. Keçmiş hüquqşünas kimi, Medvedyev qanunun aliliyi və özəl biznesin qorunmasına çağırışlar edirdi. Medvedyev, həmçinin Qərblə əlaqələrin möhkəmləndirilməsi və neftdən asılı olan Rusiya iqtisadiyyatının modernləşməsi barəsində danışırdı.

2010-cu ildə özünün ABŞ-a səfəri zamanı Medvedyev “Apple” şirkətinin mənzil-qərargahını ziyarət etmiş və onu Arlinqtonda burğerə qonaq edən Barak Obama ilə münasibətləri yaxşılaşdırmağa cəhd göstərmişdi. Ancaq Putin hətta Medvedyevə prezident postunda da, Kreml hakimiyyət sistemini dəyişməyə praktik baxımdan imkan vermədi. 2011-ci ildə Medvedyev Putinin növbəti seçkilərdə iştirak etməsi naminə kənara çəkilməyə razılaşdıqdan sonra, ölkə daxilindəki və xaricdəki müttəfiqləri ona olan inamlarını tam itirdilər. 2014-cü ildə Putinin Krımı ilhaq etməsi və Ukraynaya gizli hərbi müdaxilsi, soyuq müharibədən sonrakı ən kəskin qarşıdurmaya gətirib çıxardı ki, nəticədə Medvedyevin Qərblə dilxoşluğu bitdi.

“Levada-Mərkəz”-in direktor müavini Aleksandr Qrajdankin deyir: “Putinə nisbətən Medvedyevi daha mülayim və liberal fiqur hesab edirlər və elə buna görə də, ölkədə qayda-qanunun təmin edilməsini istəyən əksər insanların gözündə o çox zəif görünür”.

Baş nazir kimi Medvedyev siyasətə ciddi damğa vura bilməyib. Digər yandan isə, o, özünün siyasi səriştəsizliyi ilə məşhurlaşıb. Belə ki, Medvedyev keçən il Krımda olan vaxtı, aldıqları təqaüdün artan inflyasiyaya uyğun gəlmədiyindən şikayət edən pensiyaçılara ”Pul yoxdur, amma siz dözün” söyləmişdi. Medvedyevin bu sözləri sürətlə internetdə yayılmış və hətta yumoristik televiziya proqramlarının mövzusuna da çevrilmişdi.

Medvedyevin müttəfiqləri hesab edirlər ki, onun problemlərində, Kremldən olan və xüsusi xidmət orqanları ilə əlaqəli siyasi rəqibləri günakardırlar. Bunların içərisində nəhəng “Rosneft” şirkətinin 56 yaşlı rəhbəri İqor Seçin xüsusi ilə seçilir.

medvedev_sechin_spief20092016-cı ildə “Rosneft”-in öz rəqibi olan daha kiçik şirkəti almasına Medvedyev maneçilik törtməyə çalışırdı, amma ümumi yekunda bu məsələdə Putin Seçini dəstəklədi.

Prezidentin ətrafındakıların əksəriyyəti qorxurlar ki, əgər Putinə bir şey olarsa, onda konstitusiyaya görə, onun yerini Medvedyev tutacaq. Əlbəttə ki, sağlıq vəziyyəti yerində olan Putini hal-hazırda heç bir təhlükə gözləmir. Putin administrasiyasına yaxınlığı ilə tanınan siyasətşünas Sergey Markovun fikrinə görə, ehtiyat edənlər düşünürlər ki, Medvedyev ölkə rəhbəri olacağı təqdirdə, onlardan qisas alacaq. Ona görə də, Medvedyevin uzaqlaşdırılması üçün prezidentə təzyiq göstərirlər. Markov daha sonra deyib: ”Medvedyev teflondan düzəldilmiş kimidir. O, istənilən qədər zərbəyə tab gətirə bilər. Düşünürəm ki, o duruş gətirəcək”.

Əvvəllər prezident administrasiyasında yüksək post tutmuş siyasi analitik Andrey Kolyadin hesab edir ki, hələlik geniş miqyaslı narazılığı kənara sürüşdürmək üçün Medvedyev əlverişli fiqurdur və əgər baş nazir istefaya göndərilərsə, onda Putinin özü tənqid atəşinə məruz qala bilər.

Vaqif Nəsibov
AzPolitika.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button