2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putin Milad mərasimində tək iştirak edib

Rusiya prezidenti Vladimir Putinin Milad bayramı ilə bağlı mərasimə tək qatıldığı müşahidə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

“Rossiya 1” kanalının Klemldəki kilsədən nümayiş etdirdiyi kadrlardan görünür ki, məbəddə Putindən başqa yalnız ruhanilər olub.

Putin üçüncü dəfədir ki, Milad bayramını Moskvada qeyd edir. 2022-ci ildə o, Moskva vilayətindəki Novo-Oqaryovo iqamətgahındakı kilsədə olub. “Kommersant” qeyd edir ki, 2021-ci ildə Rusiya prezidenti Milad bayramını Novqorod vilayətindəki Lipno adasındakı Müqəddəs Nikolay kilsəsində qeyd edib.

Milad bayramı təbrikində Vladimir Putin, xüsusən, rus kilsə təşkilatlarının millətlərarası sülhün qorunmasının tərəfdarı olduğunu və Ukraynadakı hərbi əməliyyatın iştirakçılarını dəstəklədiyini bildirib (Rusiya hakimiyyəti öz ordusunun qonşu ölkəyə təcavüzünü müharibə deyil “hərbi əməliyyat” adlandırır).

Bu həftənin əvvəlində yayılan məlumatlara görə, Putin Müdafiə nazirinə yanvarın 6-ı günorta saatlarından növbəti günün sonuna qədər, Ukraynadakı bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

O, bu qərarını Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin xahişi ilə Milad atəşkəsi kimi əsaslandırıb.

Rusiya hakimiyyəti Kiyevi də oxşar addım atmağa çağırıb. Heç bir öhdəlik götürməyən Ukrayna bu təklifi rədd edib.

Ukrayna rəhbərliyi hesab edir ki, Moskvanın hərəkətləri ikiüzlülük və hiylədir. Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs çağırışını dini bayramdan cəbhə kimi istifadə etmək cəhdi adlandırıb.

BBC Rus xidmətinin Ukrayna rəsmilərinə istinada verdiyi məlumata görə, “atəşkəs” başlayandan sonra da Rusiya tərəfdən atəşlər dayanmayıb.

Rusiya ötən ilin fevralında qonşu Ukraynaya hərbi təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynada çoxsaylı yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həlak olub, on minlərlə ukraynalı öz yurdundan didərgin düşüb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button