2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putin parlamentdə çıxış edir

Rusiya Prezidenti Vladimir Putin bu gün – aprelin 21-də parlamentin birgə sessiyasında 17-ci illik müraciətini edir. Bu çıxış ölkə içində və xaricdə bir neçə böhranla eyni dönəmə təsadüf edir.

Hazırda Rusiyanın Qərblə münasibətlərində gərginlik yaşanır. Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılarla münaqişə qızışır, Belarusda mübahisəli avqust prezident seçkisindən sonra iğtişaşlar baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Müxalifət lideri Aleksey Navalnının həbsi isə ölkədə gərginliyi dərinləşdirib. Elə bu gün Navalnı tərəfdarları kütləvi etirazlar planlaşdırıblar.

Sentyabrın 19-da Rusiyada parlament seçkiləri gözlənir. Ölkədə qlobal koronovirus pandemiyasından dolayı iqtisadi və sosial çətinliklər yaşanır.

ABŞ, Ukrayna, Navalnı

Prezidentin çıxışı öncəsi ABŞ-ın Moskvadakı səfiri Con Salivan məsləhətləşmələr üçün Vaşinqtona qayıdacağını açıqlayıb. Bundan bir neçə gün öncə ABŞ Rusiyaya ərazisində iddia olunan kiberhücumlar, 2016 və 2020-ci illər prezident seçkilərinə müdaxiləyə görə sanksiyalar elan edib.

Rusiyanın Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krıma qoşun yığması da Qərbin əndişələrini artırır. Moskva 2014-cü ildə Krımı ilhaq edəndən sonra Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Son həftələr regionda tez-tez toqquşmalar baş verir.

Aprelin 21-də polis Navalnının antikorrupsiya fondunun regional ofislərində reyd keçirib. Müxalifətçi üç həftədən çoxdur həbsdə aclıq etdiyini deyir, öz həkimlərinin onu müayinə etməsini istəyir. O, aprelin 19-da xəstəxanası olan həbsxanaya köçürülüb, səhhətinin “kafi” olduğu açıqlanıb.

Əvvəlki çıxışlar

Keçmişdə Putin parlamentdəki çıxışlarında bəzən ciddi siyasi addımları açıqlayıb. Ötən il konstitusiyaya dəyişikliklərə hazırlıqla bağlı açıqlama verdi. Həmin dəyişikliklərdən biri onun 2036-cı iləcən hakimiyyətdə qalmasını mümkün edir. Həmin çıxışdan az sonra ovaxtkı baş nazir Dmitri Medvedev və hökuməti istefa verdi, Federal Vergi Xidmətinin keçmiş başçısı Mixail Mişustin onun yerinə təyin olundu.

Putin 2018-ci ildə qitələrarası ballistik raket daxil olmaqla bir neçə qabaqcıl silah sisteminin video təqdimatını etdi.

Parlamentin iclasında baş nazir, hökumət üzvləri, hakimlər, ordu və təhlükəsizlik rəsmiləri, Rusiya Pravoslav kilsəsinin və digər dini qrupların liderləri, başqa qonaqlar da iştirak edir. TASS tədbiri işıqlandırmaq üçün 450 jurnalistin akkreditə olunduğunu yazır.

68 yaşlı keçmiş KQB zabiti olan Putin 1999-cu ildən Rusiya gah prezident, gah da baş nazir kimi idarə edib.

24 saat” “Putin parlamentdə çıxış edir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button