2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putin Rusiya ordusunun Luhanskda qələbəsini elan edir

Müdafiə naziri Sergey Şoyqu deyib ki, Luhansk regionunu zəbt etmiş qoşun hissələri istirahət edəcək, lakin Ukrayna ərazisindəki başqa Rusiya qüvvələri əməliyyatları davam etdirəcək

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya prezidenti Vladdimir Putin iyulun 4-də Rusiya ordusunu Ukraynanın Luhansk vilayətinin “azad edilməsi” münasibətilə təbrik edib.

Televiziya ilə çıxışında müdafiə naziri Sergey Şoyqu deyib ki, Luhansk regionunu zəbt etmiş qoşun hissələri istirahət edəcək, lakin Ukrayna ərazisindəki başqa Rusiya qüvvələri əməliyyatları davam etdirəcək.

Associated Press agentliyi bildirir ki, Luhanskda Ukraynanın sonuncu istehkamı olan Lisiçansk şəhərindən çıxan Ukrayna əsgərləri cəbhə xəttindəki vəziyyəti “cəhənnəm” adlandırıblar.

Onlar deyirlər ki, Rusiya qüvvələri şəhər üzərinə aramsız olaraq artilleriya mərmiləri yağdırıb.

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna qoşunlarının Lisiçanskdan çxımasını şərh edərkən deyib ki, onun qoşunları şəhər üzərində nəzarəti bərpa edəcək.

Prezident deyib ki, Qərbdən gələn müasir silahlar və ordunun taktikası buna imkan verir:

“Ukrayna heç nəyini vermir. Orada, Moskvada Luhansk barədə məruzə edənlər fevralın 24-dən əvvəl, müdaxilənin ilk günlərində, yazda və indi verdikləri vədləri xatırlasınlar. Qoy realistcəsinə təhlil etsinlər, bu vaxtadək nəyə nail olublar, bunu nə qədər vaxta ediblər və itkiləri nə qədər olub. Onların indiki məruzələri də o məruzələr kimi puç olacaq”.

İyulun 3-də Ukrayna Silahlı Qüvvələrinin qərargaı bildirmişdi ki, düşmənin dəfələrlə üstün qüvvələrinin hücumu şəraitində Lisiçansk şəhərini tərk etmək qərara alınıb.

Zelenski bu barədə deyib:

“Biz döyüşçülərimizin, insanlarımızın həyatını qoruyuruq. Divarları yenidən tikərik, torpağı geri alarıq, amma ən çox insanları qorumaq lazımdır”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button