2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Putin: “Rusiya qazından imtina edən şirkətlər kompensasiya ala bilməz”

Yayımlandı: 1 İyul 2022 11:51

Rusiya Prezidenti “Saxalin-2” layihəsini yerli şirkətə verib

Rusiya Prezidenti Vladimir Putin “Saxalin-2” təbii qaz layihəsinin hüquqlarının yeni Rusiya şirkətinə verilməsi haqqında fərman imzalayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu, xarici investorları, o cümlədən “Shell Plc” şirkətini bu layihəyə obyektə investisiya yatırmaqdan imtinaya məcbur edə bilər.

Mərkəzi ofisi Londonda olan “Shell Plc” Böyük Britaniyanın neft və qaz şirkətidir.

İndi Kreml tərəfindən verilən və Putin tərəfindən imzalanan yeni fərman bu şirkətə “Saxalin-2” təbii qaz layihəsinə yatırım etməyə mane ola bilər.

Putinin imzaladığı yeni fərman Rusiyanın milli maraqlarına və iqtisadi təhlükəsizliyinə təhdidlərə istinad edir.
Maraqlı tərəflərin yeni şirkətlə çalışmaq istəyib-istəməyəcəklərini söyləmək üçün bir ayları var.

Fərmanda qeyd edilir ki, imtina edənlər tam kompensasiya ala bilməz.
“Bloomberg” yazır ki, bu addım Rusiyanın uzaq şərqindəki mayeləşdirilmiş təbii qaz qurğusunda 27,5 faiz paya sahib olan “Shell Plc“yə çətinlik yarada bilər.

Enerji nəhəngi Rusiyanın Ukraynanı işğal etməsindən sonra layihədən çıxacağını açıqlayıb. Həmçinin ölkəyə heç bir yeni sərmayə qoymayacağını bildirib.

Şirkətin baş icraçı direktoru Ben van Beurden həftənin əvvəlində “Shell”in “Wood Mackenzie”-nin 4,1 milyard dollar dəyərində olan payının satılması prosesində irəliləyiş olduğunu söyləyib.

Çinin əsas dövlət enerji şirkətləri layihədəki payını almaq üçün “Shell” ilə danışıqlara başlayıb.

Vladimir Putinin qazdan silah kimi istifadəni artırdığı üçün dünya yanacağın qiymətinin artması ilə mübarizə aparır.

Moskvanın enerji aktivlərini ələ keçirmək cəhdi bazarları daha da müşkül vəziyyətə sala bilər. Əksər qərb enerji şirkətləri Rusiya layihələrini tərk etməyə çalışır, lakin istəkli alıcılar tapmaqda çətinlik çəkirlər.
Rusiyanın xarici investorlarla ortaq digər əsas enerji aktivlərinə “Saxalin-1” və Yamal LNG layihələri də daxildir.

Saxalin-2 layihəsinə gəlincə, Yaponiyanın “Mitsubishi Corp” və “Mitsui & Co” şirkətlərinin burada 22,5 faiz payı var. Orada hasil edilən qazın böyük hissəsi Yaponiyanı təmin edir.

Yaponiya Rusiyaya Ukraynanı işğal etdiyinə görə bir sıra sanksiyalar tətbiq etsə də, bu ölkənin Baş naziri Fumio Kişida martda ölkənin “Saxalin-2”-dən çıxmayacağını açıqlayıb.

Vladimir Putinin yeni fərmanından sonra Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Seiji Kihara keçirdiyi brifinqdə deyib ki, bizim marağımız pozulmamalıdır.

Hökumət hələ də Putinin sərəncamının Yaponiya şirkətlərinin hüquq və maraqlarına, eləcə də ölkənin LNG idxalına necə təsir edəcəyini araşdırdığını deyib.

“Mitsubishi” və “Mitsui” nümayəndələri isə hələ yaranmış vəziyyətlə bağlı yoxlama apardıqlarını bildiriblər.
Yeni fərmana əsasən, Saxalin layihələrinin 50 faizinə sahib olan Rusiyanın “Qazprom” Açıq Səhmdar

Cəmiyyəti yeni şirkətdə avtomatik olaraq eyni paya sahib olacaq.

Əgər xarici firmalar yeni Rusiya müəssisəsində pay almaq istəyirlərsə, fərmana əsasən, onlar köhnə şirkətdəki hüquqlarını sübuta yetirməlidirlər.
Fərmana əsasən, onların layihəyə daxil olub-olmaması ilə bağlı son sözü Moskva deyəcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button