2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Putin: “Rusiya Ukraynada hərbi əməliyyat keçirməklə heç nə itirməyib”

Yayımlandı: 7 Sentyabr 2022 12:56

“Kimsə Rusiyanı nə qədər təcrid etmək istəsə də, bu, mümkün deyil”

“Rusiya Ukraynada xüsusi hərbi əməliyyat keçirməklə heç nə itirməyib və itirməyəcək. Onun əsas qazancı ölkənin suverenliyinin möhkəmləndirilməsidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirləri sentyabrın 7-də Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında Rusiya Prezidenti Vladimir Putin səsləndirib.

“Kimsə Rusiyanı nə qədər təcrid etmək istəsə də, bu, mümkün deyil, sadəcə, xəritəyə baxın. Biz rəqabət üstünlüklərimizdən istifadə edəcəyik”, – Putin belə deyib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button