2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin ‘Rusiyanın alman tanklarına cavabı var’ deyir

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiyanın Ukraynaya Qərb tanklarının, o cümlədən Almaniya istehsalı Leopard tanklarının verilməsinə cavabı var.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə “burada məsələ zirehli texnikadan istifadə ilə qurtarmayacaq”.

Putin bu bəyanatı Stalinqrad döyüşünün 80 illiyi münasibətilə keçirilən mərasimdə verib.

Putin iddia edib ki, Rusiya yenidən “kollektiv Qərbin təcavüzünü dəf etmək məcburiyyətindədir”.

O yenə də ölkənin təhlükəsizliyinə hədə olan hansısa nasizm ideologiyasından danışıb və deyib ki, Rusiya ilə müasir müharibə “başqa cür” olacaq:

“İnanılmaz olsa da, bu bir faktdır: bizi yenidən üzərində xaç olan alman tankları Leopard-larla hədələyirlər. Onlar yenidən Rusiya ilə Ukraynada banderovçuların əli ilə döyüşə hazırlaşırlar”.

Bundan əvvəl Putin və Rusiyanın vəzifəli rəsmiləri Ukraynanın denasifikasiyasını müdaxilənin məqsədi kimi elan edirdilər. Bununla nəyin nzəərdə tutulduğu bəlli olmurdu.

Bu dəfə təcavüzkar Rusiyadır

Ukraynaya dəstək verən Qərb ölkələri bu müdaxilə ilə II Dünya müharibəsi arasında Kremlin gətirdiyi hər hansı paralelləri qəbul etmirlər və bildirirlər ki, hazırda məhz Rusiya təcavüzkar rolunda çıxış edir.

Yanvar ayında ABŞ Ukraynaya 31 Abrams tanklarını göndərməyə hazır olduğunu bildirmişdi.

Almaniya isə bəyan etmişdi ki, Ukraynaya 14 ədəd öz istehsalı olan Leopard ağır tanklarını verəcək.

Berlin bunu da bildirmişdi ki, cəbbəxanasında Leopard tankları olan başqa ölkələrin də Ukraynaya bu tanklardan göndərməsinə icazə verəcək.

Beləliklə Ukrayna yaxın vaxtlarda toplam 112 Leopard tankı əldə edə bilər. Bu tankların Ukraynaya iki-üç ay ərzində çatdırılacağı gözlənilir.

Tanklardan Rusiya ərazisində isitfadə olunmayacaq

Kiyev və Berlin bildiriblər ki, Leopard tanklarından Rusiyanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində istifadə olunmayacaq.

Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Berlinin Ukraynaya tanklar vermək qərarını “son dərəcə təhlükəli” adlandırmışdı:

“Münaqişəni yeni mərhələyə qaldırmaq Almaniya siyasətçilərinin AFR-in münaqişəyə müdaxilə etmək istəmədiyinə dair bəyanatları ilə düz gəlmir”.

Kreml Ukraynaya tankların verilməsini şərh edərkən bildirmişdi ki, bu texnika Ukrayna hərbçilərinə çox da kömək edə bilməyəcək.

Putinin mətbuat katibi Dmitri Peskov o vaxt demişdi:

“Mən əminəm ki, bir çox mütəxəssislər bu ideyanın cəfəngliyini başa düşürlər. Sadəcə olaraq texnoloji aspektlərinə görə bu kifayət qədər iflasa məhkum plandır”.

24 saat” “
Putin ‘Rusiyanın alman tanklarına cavabı var’ deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button