2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasətİdman

Putin Rusiyanın qapılarını əcnəbilərin üzünə açdı – Viza qərarı

Rusiya prezidenti Vladimir Putin radikal qərara imza atıb. ANS PRESS-in məlumatına görə, Rusiya lideri əcnəbi vətəndaşların ölkəyə daxil olması üçün viza əngəlini aradan qaldırıb.

Putin bu qərarı futbolsevərlərin 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı ölkəyə rahat şəkildə gəlməsi üçün qəbul edib. Çempionat müddətində ölkəyə daxil olan turist sərbəst şəkildə Rusiya ərazisində qala biləcək. Bu qərar turnirin 10 gün əvvəli və sonrasını əhatə edir. Bənzər qərar 2014-cü ildə keçirilən Soçi Qış Olimpiya Oyunları zamanı da qəbul edilmişdi.

Ötən il Rusiyanın Sankt-Peterburq şəhərində 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkatmada iştirak edən 52 Avropa yığması 9 qrupa bölünüb.

Saytların yığılması Saytlarin yigilmasi

Püşkün nəticəsinə əsasən, DÇ-2018-in final mərhələsinə vəsiqə qazanmaq uğrunda Azərbaycan milli komandası C qrupunda mübarizə aparacaq. Bu qrupda Azərbaycanın rəqibləri Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino olacaq.

Avropa zonasında qrupların tərkibi:

A qrupu: Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq

B qrupu: Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra

C qrupu: Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San-Marino

D qrupu: Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan

E qrupu: Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan

F qrupu: İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta

G qrupu: İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn

H qrupu: Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr

I qrupu: Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya.

Rusiya təşkilatçı ölkə kimi final mərhələsinə birbaşa vəsiqə alsa da, H qrupunda simvolik təmsil olunub. Onun oyunlarının nəticələrinin qrup turnirinə heç bir təsiri olmayacaq, daha doğrusu yoldaşlıq görüşü xarakterli olacaq. Avropa yığmaları arasında keçiriləcək təsnifat mərhələsinin oyunları 2016-cı il sentyabrın 4-də start götürəcək. Seçmə mərhələnin qrup oyunları 2017-ci il oktyabrın 8-10-da başa çatacaq. “Play-off” matçları noyabrda keçiriləcək: ilk oyunlar – 2017-ci il 9-11 noyabrda, cavab oyunları – 12-14 noyabrda.

Oyunların ilkin tarixləri aşağıdakı kimi müəyyən edilib: 1-ci tur: 2016-cı il 4-6 sentyabr; 2-ci tur: 6-8 oktyabr; 3-cü tur: 9-11 oktyabr; 4-cü tur:11-13 noyabr; 5-ci tur: 2017-ci il 24-26 mart; 6-cı tur: 9-11 iyun; 7-ci tur: 31 avqust – 2 sentyabr; 8-ci tur: 3-5 sentyabr; 9-cu tur: 5-7 oktyabr; 10-cu tur: 8-10 oktyabr. Çempionatın oyunları Rusiyanın 11 şəhərinin – Moskvaya, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samaraya, Soçi və Rostovdakı 12 stadionunda iyunun 15-dən iyulun 14-dək keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button