2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin Səmərqənddə Si, Əliyevlə görüşəcək

İndiyədək müşahidəçi statusunda olan İran sentyabrın 15-də ŞƏT-in daimi üzvü olmaq üçün Öhdəliklər Memorandumu imzalayıb

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 15-də Özbəkistanda çinli həmkarı Si Tsinpinlə görüşəcək. Görüş Pekinlə Moskvanın ABŞ-ın nüfuzuna əksbalans kimi yaratdığı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində keçiriləcək.

Səkkiz üzvü olan ŞƏT-in sammiti Putinin Ukraynaya hücumdan sonra artan təcridlə üzləşməsi fonunda keçirilir. Bu arada Pekinin ABŞ, Avropa, Yaponiya və Hindistanla münasibətləri texnologiya, təhlükəsizlik və ərazi məsələlərindən dolayı gərgindir.

Putinlə Sinin sentyabrın 15-də günortadan sonra “xüsusi əhəmiyyətli” ikitərəfli görüşdə Ukrayna və Tayvanı müzakirə edəcəyi bildirilir.

“Limitsiz dostluq”

Si son iki il yarımda ilk dəfədir xaricə səfər edir. Koronavirus pandemiyası dövründə o, xaricə getməyib.

Rusiyanın Ukraynaya səbəbsiz təcavüzündən az öncə Putinlə Si Pekində Qış Olimpiya oyunlarının açılışında görüşüb, iki ölkə arasında dostluğun “limitsiz” olduğunu elan ediblər.

Çin o vaxtdan Rusiyanı müharibədə dəstəkləyib, münaqişəyə görə Vaşinqton və NATO-nun məsuliyyət daşıdığını iddia edib.

Bu arada iki ölkə arasında ticarətdə kəskin artım baş verib. Sanksiyaların Rusiya bazarlarında yaratdığı boşluqları Çin məhsulları doldurur.

Qərb Rusiyadan təchizatı boykot etdiyi bir vaxtda Çin bu ölkədən daha çox enerji alır.

Ancaq Pekin eyni zamanda sanksiya hədəfinə çevrilməmək üçün Rusiyaya beynəlxalq sanksiyaları pozmamağa çalışır.

Putinin görüşləri

Putin həmçinin İran, Qırğızıstan, Pakistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşəcək. O, sabah – sentyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə, Hindistan və Türkiyə liderləri ilə görüşlər keçirməlidir.

Putin sabah ŞƏT-in gələcəyi, bloku necə möhkəmləndirməklə bağlı çıxış edəcək.

2001-ci ildə təsis olunmuş ŞƏT-in hədəfi təhlükəsizlik və siyasi əməkdaşlığı gücləndirməkdir. Quruma Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, Rusiya, Çin və Hindistan daxildir.

İndiyədək müşahidəçi statusunda olan İran sentyabrın 15-də ŞƏT-in daimi üzvü olmaq üçün Öhdəliklər Memorandumu imzalayıb.

Belarus və Monqolustan da qurumda müşahidəçi statusundadır.

Ermənistan, Azərbaycan, Kamboca, Nepal, Şri Lanka və Türkiyə isə ŞƏT-də tərəfdaş statusuna malikdir.

24 saat” “
Putin Səmərqənddə Si, Əliyevlə görüşəcək
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button