2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putin sentyabrın 30-da Ukrayna ərazilərinin ilhaqını elan edə bilər

Vladimir Putin Rusiya Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində qondarma referendumların başa çatmasından bir neçə gün sonra, sentyabrın 30-da Federal Məclisə müraciət edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

RİA Novosti bu barədə Rusiya parlamentindəki mənbəyə istinadən məlumat yayıb.

“Verstka” teleqram kanalının mənbələri də iddia edir ki, həmin gün qondarma “DXR”, “LPR”, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişlər imzalana bilər.

Həmçinin TASS agentliyi də öz mənbələrinə istinadən xəbər verir ki, artıq sentyabrın 28-də – səsvermə başa çatdıqdan bir gün sonra Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya daxil olmasına dair qanun layihələri Dövlət Dumasına təqdim olunacaq. Duma və Federasiya Şurasının onları sentyabrın 29-da qəbul edəcəyi iddia edilir. Belə olan halda, təbii ki, sentyabrın 30-da Putin anneksiyanı elan edə bilər.

2014-cü ildə Vladimir Putin Federal Məclisin hər iki palatası qarşısında çıxış edərkən Krımın və Sevastopolun Rusiyaya daxil olduğunu elan edib və bundan sonra müqavilələr imzalanıb. Daha sonra Duma müvafiq qanunları qəbul edib.

Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində qondarma referendum sentyabrın 23-də başlayıb və sentyabrın 27-də bitir.

Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, referendum keçirilən ərazilərin sakinləri torpaqla birlikdə Rusiyanın tərkibinə daxil olmağa səs verirlər.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb. Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Sentyabrın 21-də isə Putin bütün Rusiya ərazisində qismən səfərbərlik elan edib. Bu təxminən 300 min rusiyalının orduya cəlb olunması deməkdir. Putinin bu qərarı elan olunan gündən Rusiyada etiraz aksiyaları başlayıb. Bundan başqa çağırışdan yayınmaq istəyən rusiyalılar müxtəlif ölkələrə üz tutmaqdadılar.

Sentyabrın 24-də isə Rusiya prezidenti könüllü təslim olmaya görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button