2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Putin separatçı bölgələrin müstəqilliyi məsələsinə baxılacağını deyir

Rusiya prezidenti Vladimir Putin fevralın 21-də deyib ki, Rusiya Təhlükəsizlik Şurasının Ukraynanın iki separatçı bölgəsinin müstəqilliyinin tanınması məsələsinə baxması zəruridir.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters agentliyi bildirir ki, fevralın 21-də Donbasdakı qondarma “DXR” (Donetsk Xalq Respublikası) və “LXR”-in (Luqansk Xalq Respublikası) liderləri bu iki ərazinin müstəqilliklərinin tatnınması üçün Putinə müraciə etmişdilər.

Putin televiziya ilə yayınlanan çıxışında deyib ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün təhlükəni əhəmiyyətli dərəcədə artıra bilər.

Separatçı lider Denis Puşilinin Putinə müraciətində deyilir:

“Bütün xalqın adından sizdən “DXR”-i müstəqil, demokratik, hüquqi və sosial dövlət kimi tanımağı xahiş edirik. Biz həm də xahiş edirik ki, “DXR” və Ruisiya arasında müdafiə sahəsi də daxil dostluq və əməkdaşlıq müqaviləsinin bağlanmasının mümkünlüyü məsələsinə baxasınız”.

Digər separatçı lider Leonid Paseçnik isə yazır:

“Hörmətli Vladimir Vladimiroviç, 300 min nəfəri Rusiya vətəndaşı olan respublikanın əhalisinin kütləvi qırğınına yol verilməməsi üçün sizdən “Luqansk Xalq Respublikasının” suverenlıiyinin və müstəqillyinin tanınmasını xahiş ediəm”.

Bundan bir həftə əvvəl Rusiya Dövlət Duması Ukraynanın şərqində separatçıların nəzarətində olan iki bölgənin müstəqiliyinin tanınması üçün Putinə müraciət qəbul etmişdi.

Bu qərarı şərh edərkən Putin məmnunluqla demişdi ki, deputatlar xalqın əhval-ruhiyyəsini hiss edirlər.

Duma deputatları isə bildirirdilər ki, prezidentə rəsmi müraciətin edilməsi onun üçün separatçı bölgələrin müstəqilliyini tanımasını texniki baxımdan asanlaşdıracaq.

Qərb Ukrayna ərazisindəki separatçı bölgələrin tanınmasının beynəlxalq qanunun kobud şəkildə pozulması kimi qəbul ediləcəyini bildirib.

ABŞ və Avropa İttifaqı bunun baş verəcəyi təqdirdə Rusiyaya qarşı ağır sanksiyaların tətbiq oluna biləcəyini bildiriblər.

Təhlilçilər deyirlər ki, Moskva bu iki bölgənin faktiki ilhaqına hələ 2014-cü ildən hazırlaşır. Bu dövr ərzində Donetsk və Luqanskda 700 min Rusiya pasportu paylanıb.

24 saat” “
Putin separatçı bölgələrin müstəqilliyi məsələsinə baxılacağını deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button