2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Putin Şuşa, status və türk əsgəri barədə danışıb


Rusiya prezidenti Vladimir Putin noyabrın 17-də Rossiya 24 dövlət kanalına Dağlıq Qarabağ münaqişəsi, Rusiya sülhməramlıları, Türkiyənin sülhməramlı missiyadakı rolu və bir çox başqa məsələlər barədə geniş müsahibə verib.

Rusiya prezidenti bildirib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi bölgədə qan tökülməsinin qarşısını alıb və hazırda ən mühüm olanı da budur.

Jurnalistin bu müqanişədə Türkiyənin rolu barədə sualının cavabında Putin deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Türkiyə, Türkiyənin rolu məsələsinə gəlincə, bu barədə yaxşı məlumdur və Azərbaycanda bu barədə dəfələrlə deyilib. Əslində Türkiyə tərəfi də bunu heç vax gizlətməyib. Onlar birtərəfli qaydada Azərbaycanı dəstəkləyirlər”.

 

Türkiyə və Azərbaycan beynəlxalq hüququ pozmayıb

Rusiya prezidenti deyib ki, bütün bunlar beynəlxalq qanunların pozulmaması ilə baş verir:

“Beynəlxalq hüquq mənasında burada nə demək olar? Azərbaycan özünün hesab etdiyi və elə dünya birliyinin də onunku hesab etdiyi əraziləri qaytarırdı. Bu işdə isə o özünə ona köməklik göstərən istənilən müttəfiqi seçə bilərdi”.

Putin əlavə edib ki, vəziyyətin bu yerə çatması Sovet İttifaqının dağılmasının geosiyasi nəticələridir.

Rusiya prezidenti xatırladıb ki, Türkiyə lap əvvəldən həmsədr qismində olmasa da, ATƏT-in Minsk qrupunun üzvü olub:

“Türkiyənin hərəkətinə istənilən qiyməti vermək olar, amma onu beynəlxalq hüququn pozulmasında ittiham etmək olmaz”.

 

“Təmas xəttində türk əsgəri…”

Vladimir Putin Türkiyə sülhməramlıları məsələsinə də münasibət bildirib. O deyib ki, istər Erdoğanı, istərsə də İlham Əliyevi razılaşmaya xələl gətirəcək, tərəflərdən birini təxribata çəkəcək situasiyanın yaranmasının yolverilməzliyinə inandıra bilib.

O izah edib ki, burada qıcıqlandırıcı faktorlar var və bunlardan biri də 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş qanlı hadisələrdir.

O bildirib ki, “söhbət soyqırımın tanınıb-tanınmamasından getmir, bəzi ölkələr bu hadisələri soyqırım kimi tanımayıb, Rusiya da daxil, bir başqaları soyqırımı tanıyıb”.

“Amma erməni tərəfini təmas xəttində türk əsgərinin olması ilə qıcıqlandırmaq nəyə lazımdır? Mənə belə gəlir ki, bunu prezident Erdoğan da yaxşı başa düşürdü. Buna görə də biz razılaşdıq ki, Türkiyə Azərbaycanın tərəfində atəşkəsə nəzarət edəcək. Biz bu işi Türkiyə ilə birgə görəcəyik”.

Putin xatırladıb ki, Türkiyə və Rusiya arasında Suriyada belə bir əməkdaşlıq həyata keçirilib.

 

Rusiya prezidenti bu müsahibədə Ermənistanın münaqişədə tək qoyulması barədə iddiaları da rədd edib.

O deyib ki, Moskva Yerevan qarşısında özünün bütün müttəfiqlik öhdəliklərinə əməl edib və baş nazir Nikol Paşinyan buna görə Rusiyaya dəfələrlə təşəkkürünü bildirib.

Vladimir Putin deyib ki, “döyüş meydanında belə bir vəziyyət yaranıb”.

 

Qarabağın statusu məsələsi “gələcəyə” qalır

Jurnalistin “Dağlıq Qarabağın statusu problemi varmı” sualına Putin belə cavab verib:

“Bəli belə bir problem mövcuddur. Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər. Zənnimcə, əgər Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası, adamlar arasında, xüsusilə də münaqişə bölgəsində məişət səviyyəsində münasibətlərin qurulması üçün normal həyat şəraiti yaradılarsa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərait yaradar”.

 

“Ermənistan üçün intihar olardı…”

Rusiya prezidenti bildirib ki, əgər hələ 2013-cü ildə razılaşdırılmış tənzimləmə prinsipləri həyata keçirilsəydi, müharibə baş verməyə bilərdi.

Vladimir Putin Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanatın çox qısa bir zamanda hasilə gəlməsi məsələsinə də toxunub:

“Qarabağa dair razılaşma bir günün ərzində tərtib edilib. Bu məsələdə tərəflər arasında hər ifadə, hər vergülə görə mübarizə gedirdi”.

Putin bildirib ki, “atəşkəsə qədər Qarabağda böhranlı vəziyyət yaranmışdı, hər saatın qiyməti vardı və Minsk qrupu çərçivəsində danışıqların aparılmasına vaxt çatmırdı”.

Rusiya prezidenti bildirib ki, hələ oktyabrda danışıqlar zamanı İlham Əliyevi döyüşlərin dayandırılmasına inandıra bilib, amma Əliyev qaçqınların Şuşa şəhərinə qaytarılması şərtini qoyub.

Putinin sözlərinə görə Paşinyan “gözlənilmədiyi halda” bu şərti qəbul etməyib.

Rusiya prezidenti deyib ki, bu müharibəyə qədər Şuşanın qaytarılması məsələsi qoyulmamışdı.

Müxbirin “Ermənistanda hakimiyyətə gələ biləcək qüvvələr bu razılaşmadan imtina etsələr necə olacaq” sualına cavabında Putin deyib ki, “bu, Ermənistan üçün intihar olardı”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button