2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Putin Ukrayna ərazilərinin ilhaqını rəsmən elan edə bilər

Yayımlandı: 27 Sentyabr 2022 11:41

“Kreml bu addımın müsbət qarşılanacağını ehtimal edir”

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 30-da Dövlət Dumasında işğal edilmiş Ukrayna ərazilərinin ilhaqını elan edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu iddia Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında yayılıb.

Qeyd edilir ki, həmin ərazilərdə keçirilən “referendum” sentyabrın 27-də başa çatmalıdır.

Bildirilir ki, Putinin Dövlət Dumasında Ukraynanın işğal olunmuş rayonlarını Rusiyanın tərkibinə rəsmən daxil etməsi real ehtimaldır.

“Rusiya rəhbərliyi ümid edir ki, ilhaq barədə istənilən elan cəmiyyətdə müsbət qarşılanacaq və “xüsusi hərbi əməliyyat”a haqq qazandıracaq, həmçinin münaqişəyə vətənpərvərlik dəstəyini gücləndirmək kimi qiymətləndiriləcək”, – icmalda belə deyilir.

Bununla belə, Britaniya kəşfiyyatının fikrincə, Rusiyanın son döyüş meydanındakı uğursuzluqları və sentyabrın 21-də elan edilmiş qismən səfərbərliklə bağlı əhəmiyyətli narahatlıq barədə daxili məlumatların artması bu istəkləri sarsıda bilər.

Sentyabrın 23-dən Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilir.

Sentyabrın 27-nə qədər davam edəcək referendumda üç sual qoyulub:

“Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button