Loading...
Loading...
Dünya

Putin Ukraynada məqsədlərin yerinə yetiriləcəyini deyir

O, həmin məqsədləri “nəcib” adlandırıb, ən başlıca məqsədin “Donbasda adamlara kömək” olduğunu deyib

Rusiya Prezidenti Vladimir Putin deyir ki, Ukraynada “xüsusi əməliyyat”ın məqsədlərinin yerinə yetiriləcəyinə şübhəsi yoxdur.

O, həmin məqsədləri “nəcib” adlandırıb, ən başlıca məqsədin “Donbasda adamlara kömək” olduğunu deyib, Ukraynanı yenə də “soqyırımı”nda ittiham edib.

Putin Kosmonavtika günündə Şərq kosmodromunun işçilər qarşısında çıxış edib. O, son həftələr Ukrayna müharibəsi haqda ilk dəfədir çıxış edir.

Putin fevralın 24-də Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” elan edib. Ağır döyüşlərdə Ukraynadan 2 min dinc sakin, o cümlədən 100-dən çox uşaq öldürülüb, 10 milyondan çox əhali evindən didərgin düşüb.

Ukrayna rəsmiləri Mariupol şəhərində 10 mindən çox dinc sakinin öldürüldüyünü deyir. Dinc sakinlərin kütləvi öldürülməsi xəbərləri gəlir. Ukrayna buna görə Rusiya qüvvələrinin məsuliyyət daşıdığını bildirir.

24 saat” “
Putin Ukraynada məqsədlərin yerinə yetiriləcəyini deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiya qüvvələri Donbasa gedir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button