2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Putin və Əliyev Ukraynanı müzakirə edib

Bakı/18.01.22 Azərbaycan tərəfinin təşəbbüsü ilə Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə yanvarın 18-də axşam Kremlin mətbuat xidməti məlumat yayıb.

“İlham Əliyevin Ukraynaya son səfərini nəzərə alaraq, Kiyevin destruktiv siyasətinə görə dalana dirənmiş Ukraynadaxili nizamlanma məsələləri müzakirə edilib.

Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstanda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi zamanı, xüsusən də KTMT sülhməramlı qüvvələrinin iştirakı sayəsində vəziyyətin tez bir zamanda sabitləşməsindən məmnunluq ifadə olunub.-0-

Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək niyyəti təsdiqlənib”, – deyə məlumatda bildirilir.-02D-

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button