2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Putin və Lukaşenka ölkələrinin birləşməsini müzakirə etməyiblər?

Vladimir PutinAlyaksandr Lukaşenka sentyabrın 9-da Moskvada keçirilən görüşdə ölkələri arasında siyasi interqrasiya məsələsini müzakirə etməyiblər.

Bu barədə məlumatı görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya prezidenti verib.

Putin deyib ki, bu məsələyə qayıdılması üçün əvvəlcə “iqtisadi bazisin” yaradılması lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqı və SSRİ-nin səhvləri

Lukaşenkanın sözlərinə görə, Moskva və Minsk “bu məsələnin həllində keçilməz ziddiyyətlərlə üzləşəndən” sonra artıq bir çox illərdir ki, siyasi inteqrasiya mövzusunu müzakirə etmirlər:

“Amma lazım olsa, bu məsələyə qayıdarıq. Əsas odur ki, bunu bizim xalqlarımız istəsin. Biz buna qarşı olmarıq”.

Lukaşenka əlavə edib ki, o Putinlə birlikdə “Avropa İttifaqı və keçmiş SSRİ-nin səhvlərini nəzərə alıblar” və “damdan yox, bünövrədən inteqrasiya” ilə məşğul olmağı qərara alıblar.

Onun sözlərinə görə, iki ölkə arasında vahid valyuta məsələsi də müzakirə olunmayıb.

Lukaşenka bildirib ki, iki ölkənin mərkəzi bank rəhbərləri ona və Putinə bunun “yaxşı fikir olmadığını” deyiblər.

Lukaşenka əlavə edib ki, vahid emissiya mərkəzi barədə danışıqlar gedir, amma bu məsələdə də razılığa gəlmək mümkün deyil.

Neft və enerji bazarlarının birləşdirilməsi

Vladimir Putin deyib ki, bu görüş zamanı onlar “ümumi makroiqtidsadi siyasət” yürütmək barədə razılıq əldə ediblər.

Onun sözlərinə görə neft və enerji bazarlarının birləşdirilməsi və vergi siyasətinin harmonizasiyası da daxil, 28 inteqrasiya proqramının təsdiq edilməsi barədə razılığa gəlinib.

Burası da var ki, Rusiya lideri bu “birləşmə və harmonizasiyaının” praktikada necə işləyəcəyini izah etməyib.

Liderlər vəd ediblər ki, müvafiq sənədlər daha sonra dərc olunacaq.

Putin deyib ki, bundan əlavə əldə edilmiş razılaşmalar iki ölkənin hökumət nümayəndələrinin sentyabrın 10-da keçiriləcək birgə iclasında müzakirə olunacaq.

“Konfederasiya”

Rusiya və Belarus 2000-ci ildə vahid ittifaq dövlətinin yaradılmasına dair müqaviləni ratifikasiya ediblər.

Bu sənəd əsasən deklarativ səciyyə daşıyırdı və praktikada tərəflər yalnız əhəmiyyətsiz qarşılıqlı iqtisadi güzəştlər barədə razılığa gəliblər.

Sentyabrın 9-da keçirilən görüşdən sonra da Putin Minskə yüz milyonlarla dollarlıq əlavə kreditlərin veriləcəyini deyib.

Vahid dövlətə inteqrasiya barədə danışarkən Lukaşenka deyib ki, bu istiqamətdə 28 yol xəritəsi razılaşdırılıb.

Onun sözlərinə görə “konfederasiya” barədə yol xəritələri paketi yalnız oktyabr ayınadək qəbul oluna bilər.

Görüşdən əvvəl narahatlıq vardı

Alyaksandr Lukaşenkanın Moskvaya səfərindən əvvəl bəzi təhlilçilər iki ölkə arasında vahid dövlət məsələsinin nəhayət razılaşdırıla biləcəyini demişdilər.

Lakin göründüyü kimi bu istiqamətdə müzakirə aparılmadığı deyilir. Putin sadəcə olaraq Belarusun “siyasi təlatümü yoluna qoya bilməsindən” razılıq edib.

Bu görüşdən əvvəl bir çox şərhçilər beynəlxalq aləmdə təklənmiş və sanksiyalara məruz qalmış Lukaşenkanın ölkənin suverenliyinə xələl gətirəcək güzəştlərə gedə biləcəyini istisna etmirdilər.

Görüşdən əvvəl Lukaşenka rusların və belarusların bir millət olduğunu demişdi:

“Biz bütün sivilizasiyalı ölkələr kimi yalnız birlikdə, ittifaqda hərəkət edirik. Ölkələrimiz doğma dövlətlərdir, xalqları bir-birinə çox yaxındır, əslində bu, bir xalqdır. Ruslar və belaruslar bir kökdən gəlirlər”.

Hazırda ABŞ, Avropa İttifaqı və bir sıra Qərb ölkələri Alyaksandr Lukaşenkanın prezident kimi legitimliyini tanımadıqlarını deyirlər.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button