2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putin və Paşinyan arasında görüş keçirildi – VİDEO

Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçirilib.

Görüşdə Rusiya prezidenti Ermənistanın yeni hökumətinin dövründə Moskva və Yerevan arasında münaisbətlərin əvvəlkindən daha yaxşı inkişaf edəcəyinə ümid etdiyi söyləyib: “Sizə hökumət başçısı vəzifəsində uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi, sürətlə inkişaf edəcək. Rusiya Ermənistana regionda yaxın tərədaşı və müttəfiqi kimi baxır. Bura iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri aiddir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq”.

V. Putin qeyd edib ki, Moskva beynəlxalq miqyasda, o cümlədən Rusiya ilə Ermənistanın bir-birini dəstəklədiyi BMT-də Ermənistanla fəal işləməkdə davam edəcək. (APA)
24SAAT.ORG görüşdən hazırlanan videonu Rusiya mətbuatına istinadən təqdim edir:

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button