2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Putin xarici məhkəmə qərarlarının tanınmaması təklifini bəyənib


Prezident Vladimir Putin Konstitusiyaya Rusiyanın xarici məhkəmə və arbitrajlarının qərarlarını tanımaması barədə düzəliş təklifini dəstəkləyib. Belə bir düzəliş təklifi ilə Konstitusiyaya düzəlişlərin hazırlanması üzrə işçi qrupunun iclasında Federasiya Şurasının üzvü Konstantin Kosachev çıxış edib. Bu təklifə görə Rusiyaya aid qərarların tanınıb-tanınması məsələsinə Rusiyanın Konstitusiya Məhkəməsi baxmalıdır. Bu təklifi verərkən Kosachev bu yaxınlarda Haaqadakı Apellyasiya məhkəməsinin bir qərarını xatırladıb. Bu qərara görə Rusiya YUKOS şirkətinin keçmiş səhmdarlarına 50 milyard dollar ödəməlidir. Kosachev deyib ki, bu düzəliş məhz bu məhkəmə qərarının icrasına mane olacaq. Putin bu düzəlişin zəruriliyi ilə razılaşıb.   Xaricdə aktiv sahibi olmağın qadağanı Putin habelə prezident də daxil, ölkənin yüksək vəzifəli məmurlarına xaricdə mülkiyyət və aktivlərə malik olmağı qadağan edən düzəlişi dəstəkləyib: “Hər bir kəs hər hansı strukturda yüksək vəzifəli şəxs kimi işə başlayanda seçim etməlidir: O xaricdə hansısa aktivlərə malik olmaq istəyir, yoxsa Rusiya xalqına xidmət etmək və özünü kiminləsə bağlılıqla yükləməməyi istəyir?” Hazırda federal qanunvericilikdə belə bir qadağan mövcuddur. İşçi qrup Konstitusiyaya düzəlişlər paketinin aprelin 22-də ümumxalq səsverməsinə çıxarılmasını təklif edib. Qrupun həmsədri Andrey Klishas deyib ki, həmin günü istirahət günü elan etmək zəruridir.   “Rus dünyası”, rus dili, rus torpağı İşçi qrup Putinə başqa razılaşdırılmış düzəlişlər də təklif edib. Bu təkliflərlə Putin bir qayda olaraq razılaşır. Konstitusiyaya habelə “rus dünyası” ilə bağlı müddəanın əlavə edilməsi də təklif olunub. Putin həmçinin rus dilinin “dövlətyaradıcı xalqın dili” kimi tanınması təklifini bəyənib. Qələbəni oğurlamaq istəyənlər var? Prezident “tarixin saxtalaşdırılmasına və vətənin müdafiəsində xalqın qəhrəmanlığının əhəmiyyətinin kiçildilməsinin yolverilməzliyi” barədə müddəaya da müsbət yanaşıb. Putinin dediyinə görə, bu düzəlişin qəbulu ona görə vacibdir ki, “bəzi qüvvələr xalqın Böyük Vətən Müharibəsindəki qələbəsini oğurlamaq istəyir”. Putin tərəfindən dəstəklənən düzəliş təkliflərindən biri də Rusiya “ərazilərinin verilməsinin” qadağanıbarədə idi. Lakin Rusiya prezidenti əlavə edib ki, bu müddəa sərhədlərin demarkasiyası işinə mane olmamalıdır.   Hələlik düzəlişlər üzərində işin nə vaxt başa çatacağı, onların parlamentə nə vaxt təqdim olunacağı və ümumrusiya referendumuna çıxarılacağı məlum deyil. İndiyədək işçi qrupa 900-dək düzəliş təklifi verilib. Putin deyib ki, belə məsələlərdə hüquqşünaslara etibar edir. O bunu da bildirib ki, Rusiya vətəndaşlarının bəyənmədiyi təkliflər qüvvəyə minməməlidir. Lakin mövcud qanunvericilikdə Konstitusiyaya düzəlişlərin hər hansı xalq səsverməsi ilə qəbulu nəzərdə tutulmayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button