Bizim tərcüməDünya

Putindən Ukraynadan diqqət çəkən açıqlama! “Ümid edirəm döyüşçülərimiz…”

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla bağlı mühüm açıqlamalar verib. İştirak etdiyi televiziya proqramında hərbi əməliyyatın dinamikasını müsbət qiymətləndirən Putin, “Dinamikalar müsbətdir. Hər şey Müdafiə Nazirliyi və Baş Qərargahın planına uyğun gedir. Mən də ümid edirəm ki, döyüşçülərimiz bir daha işlərinin nəticələri ilə bizi sevindirin”.

Rusiya Müdafiə Nazirliyinin ötən cümə günü verdiyi açıqlamada Ukrayna ordusu ilə davam edən şiddətli toqquşmalardan sonra Donetskdə kritik əhəmiyyətli Soledar şəhərinin nəzarətinin ələ keçirildiyi bildirilib. Bildirilib ki, Soledara tam nəzarət edilməklə, Ukrayna qoşunlarının cənub-qərbində yerləşən Baxmut şəhərində təchizat yolları kəsiləcək, daha sonra isə Ukrayna Silahlı Qüvvələri blokadaya alınacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın tənqidi bəyanatına Ukraynadan cavab gecikməyib. Ukrayna Baş Qərargahının Şərq Hərbi Komandanlığının sözçüsü Serhiy Çerevatyi Rusiyanın Soledara nəzarəti ələ keçirməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib. “Əsgərlərimizin mövqelərini açıqlamaq istəmədiyimiz üçün daha ətraflı məlumat verməyəcəyik”, – Çerevatyi bildirib.

İHA

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button