2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

‘Putini qovmaq istəyən’ şamanın məcburi müalicəsi uzadıldı

Sentybarın əvvəllərində Primorye diyarının məhkəməsi Qabışevin məcburi müalicəsinin uzadılmasına qarşı onun vəsatətini təmin etmişdi

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Uzaq Şərqdəki məhkəməsi prezident Vladimir Putini Kremldən qovmaq üçün yürüş cəhdləri etmiş Yakutiya şamanının psixiatrik klinikada məcburi saxlanması müddətini uzadıb.

Şaman Aleksandr Qabışevin vəkili Aleksey Pryanişnikov oktyabrın 4-də deyib ki, Ussuriysk məhkəməsi onun müştərisinin Moskvadakı Serbski klinikasında tibbi müayinə olunmaq barədə ricasını rədd edib.

Pryanişnikov əlavə edib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

Bir gün bundan əvvəl Qabışevin həkimi gözlənilmədən dəyişdirilib. Vəkil və tərəfdarları bildirirlər ki, bundan məqsəd məhkəmədən əvvəl tibbi müayinə nəticələriniun saxtalaşdırılması olub.

Sentybarın əvvəllərində Primorye diyarının məhkəməsi Qabışevin məcburi müalicəsinin uzadılmasına qarşı onun vəsatətini təmin etmişdi.

Bundan sonra iş müayinə nəticələrindəki uyğunsuzluqlara görə yenidən Ussuriysk məhkəməsinə qaytarılmışdı.

İki komissiyanın bir-birinə zidd nəticəsi

Avqustun əvvəllərində psixiatrlar qrupunun müayinə nəticələrinə baxmayaraq Ussuriysk məhkəməsi Qabışevin məcburi müalicəsinin davam etdirilməsinə dair hökm vermişdi.

Halbuki ekspertlər qrupunun yekun hesabatında deyilirdi ki, Qabışevin “psixoloji durumu yaxşılaşıb” və o bu səbəbdən “adi xəstəxanaya” keçirilə bilər.

Amma bundan bir neçə gün sonra təşkil olunan tibb komissiyası onun “ruhi sağlamlığının pisləşməsinə” dair nəticə çıxarıb.

Şaman 2019-cu ildən bəri özünün dediyi kimi Putini Kremldən qovmaq üçün Yakutiyadan Moskvaya bir neçə yürüş cəhdləri edib.

Qabışevin tərəfdarları bildirirlər ki, onun qapalı ruhi xəstəxanada saxlanmasından məqsəd şamanın susdurulmasıdır.

Rusiyanın Memorial İnsan Haqları Mərkəzi Qabışevi siyasi məhbus elan edib, Amnesty International isə şamanın azad edilməsi üçün kampaniyaya başlayıb.

24 saat” “
‘Putini qovmaq istəyən’ şamanın məcburi müalicəsi uzadıldı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button