Bizim tərcüməDünya

Putini tənqid etməsi ilə gündəm oldu! Rusiyalı siyasətçi və milyarder Pavel Antov Hindistanda oteldə ölü tapılıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

İyun ayında Rusiyanın hücumlarında Ukrayna vətəndaşlarının yaralanmasından sonra “Rusiya terroru” ifadəsini işlədən və rus raketləri ilə həyata keçirilən hücuma diqqət çəkən Antov, “Bir qız dağıntılar altından çıxarıldı. Atası ölü kimi görünür. Kranla qaldırılmağa çalışan anası plitənin altında qalıb. Düzünü desəm, buna terrordan başqa bir şey demək olduqca çətindir”, – deyə o bildirib.

Bu açıqlamalardan sonra güclü təzyiqlərə məruz qalan və daha sonra ifadəsindən geri çəkilərək üzr istəyən Antov, ifadələrinin “anlaşılmazlıq” və “texniki səhv” olduğunu bildirib. Antovun qaldığı oteldə qəfil ölümü bunun bu ifadələrlə bağlı olub-olmaması ilə bağlı suallar yaradıb.

Saytların yığılması Saytlarin yigilmasi

Antovun ölüm xəbərinin yayılmasından sonra Rusiyanın Kəlkütə baş konsulu Aleksey İdamkin Rusiya mətbuatına onun otelin pəncərəsindən yıxıldığını təsdiqləyib və bütün məlumatları polisdən alaraq istintaqı yaxından izlədiklərini bildirib.

Antovun 61 yaşlı dostu Vladimir Budanov ötən həftə eyni oteldə ürək tutmasından dünyasını dəyişib. Mövzu ilə bağlı açıqlama verən İdamkin 4 nəfərlik bir qrupun səfərdə olduğunu bildirib və “Keçən cümə axşamı Vladimir Budanov vəfat edib. Polis bunun infarkt nəticəsində baş verdiyini bildirib. Şənbə günü Antov pəncərədən yıxılaraq ölüb”, – deyə o, izah edib. Hindistan mətbuatı yazıb ki, polis Antovun dostunun ölümünə dözə bilməyib və onun intihar edə biləcəyini də diqqətdən kənarda qoymayıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button