2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Putinin Bakı səfəri Qarabağ probleminin həllinə töhfə verə bilər”

Elxan Mehdiyev: “Problemin həllinə Rusiyanın təsir imkanları kifayət qədər böyükdür”

Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Bakıya səfər edəcək.

Putinin Bakı səfəri Qarabağ probleminin həllinə qismən də olsa töhfə verə bilərmi? Azərbaycan cəmiyyəti bu səfərdən nə gözləməlidir?

Saytların yığılması Saytlarin yigilmasi

Moderator.az-a açıqlama verən konfiliktoloq Elxan Mehdiyev bu səfərin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

“Təbii ki, Putinin bu səfəri Qarabağ probleminin həllinə töhfə verə bilər. Çünki problemin həllinə Rusiyanın təsir imkanları kifayət qədər böyükdür. Putin konfiliktin həlli məsələsinə qarışıb, vasitəçiliyi də özü aparır. Bu baxımdan onun Bakıya səfəri gündəlikdə olan planın müzakirəsi üçün növbəti imkan yaradır.

Putinin bu səfəri önəmli səfərdir və Azərbaycan siyasi rəhbərliyi bu danışıqlar zamanı əvvəlki görüşlərdən fərqli olaraq bu müzakirələrin qısa müddətdə nəticə verməsinin qeydinə qalmalıdır. Bir sözlə, Putinin səfərindən Azərbaycanın gözləntisi böyükdür”.

 

Seymur Əliyev 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button