2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Putinin məhkəmə videosuna görə saxlandı

Rusiyanın qərbində müxalifət fəalı Prezident Vladimir Putinin və daha iki nəfərin guya ölümə məhkum olunduğunu göstərən məhkəmə videosuna görə həbs olunub.

İttiham

İstintaq Komitəsinin Smolensk regional bölməsinin məlumatına görə, məhkəmə oktyabrın 7-də 26 yaşlı Sergey Komandirov haqda qərar çıxarıb. Bir gün öncə isə polis onun mənzilinə basqın edərək onu saxlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yayılan xəbərlərə görə, Komandirovun sosial mediada yaydığı videoda Putinə məhkəmə qurulub, onun mətbuat katibi, həmçinin Rosneft rəhbəri, Putinin çoxdankı müttəfiqi İqor Seçinin də obrazları yaradılıb.

Videonun sonunda onlara ölüm cəzası kəsilir.

İstintaq Komitəsi də videoda “terrorçuluq ideologiyasının əsaslandırılması və formalaşmasının əlamətləri” olduğunu bildirir.

İki il öncə baş verənlər

Komandirov barədə həbs qətimkan tədbiri seçildiyindən ondan şərh almaq mümkün olmayıb. Vəkilinin olub-olmadığı da bəlli deyil. Təqsirli bilinsə, yeddi ilədək həbsə məhkum edilə bilər.

İki il öncə Komandirov Putini ələ salan meme üzündən oxşar ittihamla üzləşib. O zaman “hakimiyyətə sayqısızlığ”a görə cərimə nəzərdə tutan qanuna uyğun cinayət işi açılıb.

Orijinal videonu hazırlamış mülki hüquqlar fəalı Karim Yamadayev martda Samara şəhərində hərbi məhkəmə tərəfindən təqsirli bilinib.

Məhkəmə bir ildən çox həbsdə qaldığı üçün onu azad edib, 300 min rubl (4 min dollar) cərimə kəsib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button