2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Putinin müşavirindən Azərbaycana aşağılayıcı münasibət

Rusiya prezidentinin müşaviri Sergey Qlazyev deyib ki, Qafqazda sülhün bərqərar olması üçün bu regionun bütünlükdə Kreml tərəfindən yaradılmış Avrasiya İqtisadi İttifaqına (Aİİ) inteqrasiya olunması lazımdır.

Saytların yığılması Saytlarin yigilmasi

Sergey Qlazyev Rusiya prezidentinin müşaviri vəzifəsinə 2012-ci ildə təyin edilib və Avrasiya İttifaqında məhz inteqrasiya məsələlərinə baxır.

Yerevanda keçirilən Ermənsitan-Rusiya regionlararası forumunun kuluarlarında Azatutyun radiosunun suallarına cavab verən müşavir bildirib ki, “postsovet respublikaları nəhəng imperiyaların birgə quruculuğu kimi qədim mədəniyyətə malikdirlər və qarşıdan gələn yüz il üçün yenə də gələcəklərini birlikdə qura bilərlər…”

Qlazyev AzadlıqRadiosunun Erməni xidmətinə bunları deyib: “Avrasiya İqtisadi İttifaqının genişlənməsi təbii prosesdir, çünki bu proses hələlik keçmiş postsovet məkanında baş verir. Burada bizim dövlətlərimiz əsrlərcə birlikdə yaşayıblar, bir-birlərini yaxşı tanıyırlar, ünsiyyət qura bilirlər, rus dili kimi ümumi ünsiyyət dilləri var. Onların birlikdə böyük imperiyalar qurmaq kimi ümumi qədim mədəniyyəti var. Biz Rusiya, Sovet imperiyalarını birlikdə qurmuşuq və indi qarşıdan gələn yüz il üçün də öz gələcəyimizi qura bilərik”.

Bununla yanaşı Qlazyev deyib ki, Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin təşəbbüsü ilə yaradılmış nəhəng Avrasiya partnyorluğu layihəsi “ölkələrin suverenliyini, bizim bir-birimizə hörmətimizi itirmədən, bir-birimizin daxili işlərimizə qarışmadan…birləşməyimizin vasitəsidir”.

Daha sonra Putinin müşaviri Avropa İttifaqı ilə bir sıra paralellərdən söz açıb.

O deyib ki, “Avropa İttifaqından fərqli olaraq Avrasiya İttifaqına üzvlük üçün heç kimi məcbur etmirlər”.

Qlazyev deyib ki, Yanukoviç “Ukrayna üçün ölümcül Avropa İttifaqı assosiasiya sazişini imzalamqdan imtina etdiyinə görə onu deviriblər”.

Qlazyev vurğulayıb ki, eyni sözlər Qafqaza da aiddir və burada sülhün olması üçün bütövlükdə bu regionun Aİİ-yə inteqrasiyası zəruridir.

[youtube https://www.youtube.com/watch?v=yvuhPdxemCQ?feature=oembed&w=500&h=281]

2013-cü ildə, ovaxtkı Ukrayna prezidenti Viktor Yanukoviç artıq tam hazır olan Assosiasiya Sazişini imzalamaqdan gözlənilmədən imtina edəndən sonra bütün ölkədə avropayönlü etirazlar başlanmış, toqquşmalarda bir neçə nəfər ölmüş və Yanukoviç Rusiyaya qaçmağa məcbur olmuşdu.

2014-cü ilin fevralında Yanukoviç ölkəni tərk etmiş, elə həmin ayın 22-də Ukrayna parlamenti onun prezidentlik səlahiyyətlərini ləğv etmişdi. 2014-cü ildə Ukraynanın artıq yeni hakimiyyəti sözü gedən sazişi imzalamışdı.

Azatutyun yazır ki, Putinin müşaviri “Azərbaycan Aİİ-yə üzv olarsa, Qarabağ problemi tənzimlənə bilərmi” sualına müsbət cavab verib.

O izah edib ki, belə bir ittifaqda xalqlar arasında birinci yerə siyasət yox, iqtisadiyyat çıxır.

Onun fikrincə belə bir şəraitdə həll edilməsi mümkün görünməyən bir çox problemlər həllini tapa bilərdi.

“Azərbaycan və Ermənistan eyni vaxtda Avrasiya ittifaqının üzvü ola bilərdilərmi” sualına cavabında isə Qlazyev deyib ki, bu ittifaq hamı üçün açıqdır.

Lakin o əlavə edib ki, bu məsələdə həlledici söz Ermənistanın olacaq, “çünki biz qərarları konsensus əsasında qururuq”.

Avrasiya ittifaqının Sovet İttifaqını bərpa etmək cəhdi kimi Qərbdən səslənən tənqidi ilə əlaqədar Qlazyev deyib: “Bu axmaqlıqdır, bu axmaqlığı, məsələnin mahiyyətinə varmadan əvvəlcə xanım Clinton dilinə gətirib”.

Putinin müşaviri deyib ki, Avrasiya ittifaqı yalnız və yalnız Dünya Ticarət Təşkilatının prinsipləri əsasında yayradılıb: “Bu iqtisadi ittifaqdır. Bizim siyasi birliyimiz yoxdur, bizim heç Avropa İttifaqında olduğu kimi ümumi parlamentimiz, hələlik vahid valyutamızda yoxdur…”

Sergey Qlazyev deyib ki, bu ittifaqın rəhbər orqanı yalnız ticarəti və ticari əlaqələri tənzimləyir. (Azadlig.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button