2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Putinin qorxduğu başına gəldi – ŞOK İDDİANIN TƏFƏRRÜATLARI

Rusiya prezidenti Putinin orduya verdiyi əmrlə başlayan müharibə Putinin istədiyi kimi getmir və Rusiya hər gün 20 milyard dollar itirir – Putinin qorxduğu başına gəldi 

İddianın sahibi NATO üzvü Estoniyanın keçmiş müdafiə şefi Riho Terrasdır, eyni zamanda Avropa İttifaqı Parlamentinin üzvü olan Terras kəşfiyyat hesabatlarını ictimaiyyətlə bölüşüb.

Putin qəzəblidir, o, müharibənin asan olacağını və hər şeyin bir neçə günə bitəcəyini düşünürdü” deyən Terras, “Ruslar qarşılaşdıqları güclü müqavimətdən şokdadırlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Kəşfiyyat hesabatına toxunan Terras, Rusiya ordusunun yalnız üç-dörd gün davam edəcək qədər raketlərinin olduğunu və tükənmiş silahlarını tətbiq edilən yeni sanksiyalarl səbəbindən yeniləyə bilməyəcəyini bildirib.

Müharibənin gündə 20 milyard dollara başa gəldiyini qeyd edən Terras, Ukraynanın rusları 10 gün susdurmağı bacarsa, o zaman rusların danışıqlara girməli olacağını iddia edib.

Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi “The Telegraph”a deyib ki, gərgin döyüşlərdən sonra Rusiya “planlanan qrafikdən çox geri qalıb”.

Heappey əlavə edib ki, Putinin qoşunları “inadkar Ukrayna müqaviməti”nin yaratdığı xaos səbəbindən “vacib şəhərlərdən” yan keçməli olub.

Önəmli hadisələr

9.04 YouTube-dan Rusiya dövlət mediasına sanksiya: Reklam gəlirləri bloklanıb

8.55 Ukrayna Daxili İşlər Nazirliyi rus qoşunlarının Xarkova daxil olduğunu elan etdi.

8.07 Sumi şəhərinin qubernatoru Dmitri Jivitski Rusiyanın hücumu nəticəsində Oxtırkanın şimal-şərqində biri 7 yaşlı qız olmaqla 6 ukraynalının öldüyünü açıqlayıb.

07:00 Birləşmiş Millətlər Təşkilatı indiyədək hücumlarda 64 mülki vətəndaşın həyatını itirdiyini, 240 mülki vətəndaşın isə yaralandığını açıqlayıb. Bəyanatda o qeyd edib ki, “real rəqəmlərin daha çox olduğuna inanılır”, çünki bir çox ölüm halları hələ tam təsdiqini tapmayıb. Bundan əlavə, CNN bu gecə Kiyevdə 6 yaşlı uşağın çarpaz atəş nəticəsində öldüyünü açıqlayıb.

06.25 Müxtəlif mənbələrdən Kiyevdən kənarda yerləşən neft anbarına və Xarkovda qaz xəttinə zərbə endirilməsi ilə bağlı xəbərlər gəlib. Səlahiyyətlilər yanan anbardan zəhərli tüstülər buraxdığına dair xəbərdarlıq edib və evlərində qalan insanlara pəncərələrini bərk-bərk bağlamağı tövsiyə edib. Kiyev sakinlərinin əksəriyyəti bunkerlərə və metro stansiyalarına sığınıb.

06.19 Fransa prezidenti Emmanuel Makron Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında ondan Rusiya qoşunlarının Belarusdan çıxarılmasını xahiş etdiyini bildirib.

05:58 Kiyevdə otellər partlayış təhlükəsi ilə bağlı hərəkətə keçdi. Kiyevdə böyük partlayış olacağını bilən müştərilər şəhərdəki otellərdəki sığınacaqlara aparılıb.

05.10 Ukrayna Donbassda itirdiyi Luqanska bağlı Sievierodonetsk şəhərini geri aldığını və şəhərə tam nəzarəti təmin etdiyini açıqlayıb.

05.00 Ukrayna daxili işlər naziri Anton Geraşenko Rusiyanın Ukraynanın bəzi şəhərlərinə, xüsusilə də Vasilkov şəhərinə ballistik raket hücumu təşkil etdiyini açıqlayıb.

04.15 Ukrayna ordusu Xarkovdakı hücumların dəf edildiyini və şəhərin Ukraynanın nəzarəti altında olduğunu açıqlayıb.

03.55 Ukrayna Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə; İlan adasını müdafiə edən ukraynalı əsgərlər sağ ola bilər. Ukrayna lideri Zelenski 13 ukraynalı əsgərin adanın müdafiəsi zamanı qəhrəmancasına həlak olduğunu bildirib.

02.25 CNN-in xəbərinə görə; Kiyevin cənub-qərbində baş verən iki partlayış səmanı işıqlandırb. Partlayışlardan birinin şəhər mərkəzindən təxminən 20 kilometr aralıda baş verdiyi bildirilib. İkinci partlayış Kiyevin qərbində, şəhərin ikinci ən böyük hava limanına gedən yolda baş verib.

02.15 BBC müxbiri Ferqal Kin Ukraynanın Polşa sərhədindən 20 kilometr aralıda müharibədən qaçan ukraynalıları lentə alıb. Görünür, minlərlə insan və maşın Polşaya keçmək üçün növbəyə düzülür.

01.45 Tesla və SpaceX-in qurucusu İlon Mask Ukraynada Stralink peyk internet xidmətini aktivləşdirdiyini açıqladı. Bununla da Ukraynada internetə girişi bloklamaq çətinləşəcək.

01.30 Yüzlərlə ukraynalı Polşaya keçmək üçün Ukraynanın Lvov şəhərində qatar stansiyasında gözləyir. Sosial şəbəkələrdə yayılan görüntülərə “İkinci Dünya Müharibəsi illərini xatırladan” şərhlər verilib.

00.55 Ukrayna mediası qısa müddət ərzində paytaxt Kiyevdə intensiv hava bombardmanının gözlənildiyini açıqlayıb.

00.25 ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi Ukraynaya atıcı silahlar və müxtəlif döyüş sursatları da daxil olmaqla əlavə 350 milyon dollarlıq hərbi yardım göndəriləcəyini açıqlayıb.

00.15 OVD-İnfo qeyri-hökumət təşkilatı Rusiyada müharibə əleyhinə nümayişlərdə saxlanılanların ümumi sayının 3 mini keçdiyini açıqlayıb.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button