2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Putinin Suriya müharibəsi ilə bağlı etirafı

Rusiya prezidenti Vladimir Putin Suriyada aparılan əməliyyatın müəyyən problemləri aşkara çıxardığını bildirib. ANS PRESS-in məlumatına görə, bu barədə Putin hərbçilər və müdafiə-sənaye kompleksinin rəhbərliyi ilə iclasda bildirib.

Rusiya prezidenti həmçinin qeyd edib ki, bu əməliyyatlar zamanı Suriyada 500-dən artıq yaşayış məntəqəsi azad edilib. Putin Rusiya Hərbi-Kosmik Qüvvələrinin 10 mindən çox uçuş həyata keçirdiyini və 30 mindən artıq hədəfi məhv etdiyini vurğulayıb.

“Suriyada əməliyyat müəyyən problemləri və çatışmazlıqları aşkara çıxarıb. Hər bir problemli məsələ üzrə ən diqqətli araşdırma aparılmalıdır. Peşəkar araşdırma, ən dəqiq analizin aparılması, daha sonra isə bu problemlərin aradan qaldırılması üzrə tədbirlər görülməsini nəzərdə tuturam. Bu, hərbi texnika nümunələrinin gələcək inkişaf istiqamətinin təkmilləşdirilməsinə düzəliş etməyə icazə verəcək”, – deyə Putin iclasın açılışında bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Vladimir Putin hərbçilər və müdafiə-sənaye kompleksinin rəhbərliyi ilə

“Suriyada əməliyyatlar Rusiyaya 33 milyard (772 200 000 AZN) rubla baş gəlib. Ancaq bu vəsait Müdafiə Nazirliyinin təlim və hərbi hazırlığı üçün planlaşdırlmışdı”. Bunu Rusiya prezidenti Vladimir Putin mart ayında hərbçilərlə görüşündə bildirmişdi.

“Düzdür, Suriyada hərbi əməliyyatlar müəyyən xərclər də tələb edib. Lakin əsas hissəsi Müdafiə Nazirliyinin resursu olub. Biz sadəcə bu ehtiyatları Suriyadakı qruplaşmalara yönəltdik”, – Putin bildirib.

Onun sözlərinə görə, hazırlıq üçün isə real hərbi əməliyyatlardan daha effektiv üsulu heç kim düşünməyib: “Bu mənada hərbi ehtiyatlardan döyüşdə istifadə etmək daha yaxşıdır, nəinki poliqonda”.

Rusiya prezidenti onu da əlavə edib ki, Suriyada həyata keçirilən hərbi əməliyyatlardan sonra Silahlı Qüvvələrdə ehtiyat texnika və hərbi arsenalın bərpa edilməsi üçün əlavə xərclərə ehtiyac olacaq.

Ötəni ilin sentyabrın 30-dan Rusiya hərbi aviasiyasına aid qırıcılar Suriyada əməliyyatlara başlayıb. Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatların hədəfinin İŞİD terror qruplaşması olduğunu desə də bir çox hallarda Əsəd müxalifi olan özünümüdafiə dəstələrinin rus qırıcılarının bombardımanına məruz qaldığı bildirilir.

Rusiyanın bölgədə keçirdiyi əməliyyatlar vaxtı çox sayda dinc əhali də dünyasını dəyişib. Başda ABŞ olmaqla bir çox Qərb ölkələri Rusiyanın bu addımını kəskin tənqid ediblər. Putin isə Suriyada leqal hakimiyyət olan Əsəd iqtidarının qorunmasının vacib olduğunu bildirib.

Bu il martın 14-də isə Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya tapşırıb ki, martın 15-dən başlayaraq Rusiya hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarmağa başlasın.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button