2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Putinin təklifi nədən ibarətdir?

Zərdüşt Əlizadə: ”Erməni tərəfi o qədər zəlil durumdadır ki, Moskvanın hər hansı təklifinə razılıq verəcək”

Rauf Mirqədirov: ”Rusiyanın təşəbbüsünün nəticə verəcəyi inandırıcı görünmür”

Kremldəki mənbə “Kommersant” qəzetinə bildirib ki, Vladimir Putin Qarabağ münaqişəsinin həlli üçün dinc prosesi canlandırmaq niyyətindədir. “Belə olan halda nizamlanma ilə bağlı təşəbbüs Qərb vasitəçilərindən  Moskvaya keçəcək”, – deyə qəzet yazır.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz ən yaxın vaxtda tərəfləri danışıqlar masası arxasına əyləşdirmək üçün bütün zəruri diplomatik mexanizmləri cəlb etmişik”, – mənbə bildirib.

Lakin Qarabağda  danışıqlarla bağlı ideyadan ehtiyat edilir. Bildirilib ki, danışıqlarda təkcə Yerevan və Bakı deyil, həm də Dağlıq Qarabağ iştirak etməlidir. Erməni tərəfi bildirib ki, 2011-ci ildə Moskvanın təqdim etdiyi nizamlanmaya dair Kazan sənədini qəbul etməyə hazırdır. Sənədin mahiyyəti Qarabağın müstəqilliyinin tanınması müqabilində 7 rayonun azad edilməsindən ibarətdir.

Aprelin 21-22-də RF XİN rəhbəri Sergey Lavrov vəziyyəti Yerevanda müzakirə edəcək.

Moskva Karneqi Mərkəzinin eksperti Aleksey Malaşenko hesab edir ki, Ermənistan və Azərbaycanla asan olmayan münasibətlər Putini aktiv hərəkətlərə sövq edir. “Ermənistan KTMT lideri kimi Moskva tərəfdən açıq dəstəyin olmamasından və Azərbaycana Rusiya silahlarının satılmasından daha çox narazılıq edir.

Eyni zamanda Azərbaycanla münasibətlərdə isə Mosvka ölkənin Türkiyənin nüfuz dairəsinə tam düşməsinə imkan verməməyə çalışır, – Malaşenko hesab edir (“Turan” İA).

“Kommersant” qəzetinin yazdığını Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə Qarabağ münaqişəsini Rusiyanın canlandırdığını deyərək əlavə edib ki, problem latent şəkil almış, hətta unudulmuşdu: “Qorbaçov hakimiyyətə gələndən sonra məsələ canlandırıldı və Kreml hər iki respublikada cəsuslarını işə salaraq xalqları bir-birinə düşmən etdilər. Nəhayət, 1994-cü ildə Rusiya cəbhə bölgəsində istədiyi konfiqurasiyanı həyata keçirəndən sonra atəşkəs sazişini imzalatdırdı. O zamandan bəri Bakı və İrəvan Moskvanın qarşısında diz üstündədir. Düzdür, Amerika və Fransa vəziyyətə müdaxilə etmək istəyirdi, amma belə məqamlarda Moskva hər iki respublikadakı cəsusları vasit’sil’ təxribat yaradıb razılaşmanı mümkünsüz edirdi”.

Zərdüşt Əlizadə hesab edir ki, aprelin əvvəlindəki 3-5 günlük müharibə də Rusiyanın planı əsasında olmuşdu: “Putin bununla dünyaya göstərmək istəyirdi ki, məni təcrid etmək istəyirsiniz, buyurun, mən dünyanın böyük işlərini də həll edə bilərəm. Necə ki, Suriya və Ukraynada etdim, siz bacarmadığınız işləri mən indi görürəm. Nəticədə başlatdığı müharibəni dayandırdı, indi də hansısa bir layihə təklif edir”.

“Erməni tərəfi o qədər zəlil durumdadır ki, Moskvanın hər hansı təklifinə razılıq verəcək. Onlardan fərqli olaraq Azərbaycanın sərbəstlik həddi bir qədər genişdir. Çünki Azərbaycan iqtisadiyyatı Ermənistanınkı kimi bərbad deyil. Ona görə Ermənistanın Rusiyanın təkliflərinə etiraz etməyə cəsarəti çatmaz”- Əlizadə belə düşünür.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

O, bildirib ki, erməni siyasətçiləri küt siyasətləriylə Ermənistanın müstəqilliyini Rusiyaya satıblar. Elə ötən əsrin əvvəllərində həmin küt siyasətləriylə Türkiyədəki yaşayış yerlərini itirdilər. Əgər onlar qarşılarına Azərbaycanla, İranla, Gürcüstanla və Türkiyəylə normal münasibətlər qurmağı məqsəd kimi qoysaydılar, Rusiyadan asılılıq indiki kimi yaranmazdı. Hazırda Ermənistan cəmiyyətində hakimiyyətdə olanları Rusiyanın cəsusları adlandırırlar, konkret olaraq, Paruyr Ayrikyanın sonuncu müsahibələrini oxumaq kifayətdir. Bəli, o da millətçilik xəstəliyinə tutulub, amma sözünü deyir də. Erməni xalqının səadəti Qarabağı ilhaq etməkdə yox, qonşularla xoş münasibətdədir”,-deyə  Əlizadə bildirib.

Siyasi şərhçi Rauf Mirqədirov böyük dövlətlərin regiondakı maraqlarını xatırladaraq bildirdi ki, aprelin əvvəlindəki hərbi əməliyyatlar da həmin maraqları yoxa çıxartmayıb: “Hətta böyük müharibə təhlükəsi də həmin mənafeləri neytrallaşdırmır. Sülh baxımından neqativ tərəfi odur ki, bu maraqlar toqquşur. Qərbin maraqlarını Amerika təmsil eidr, Rusiya isə regionu özünün ənənəvi maraq dairəsi sayır. Hətta Kremlə yaxın siyasilər bu və ya başqa ad altında keçmiş sovet imperiyasını bərpa etmək niyyətlərini gizlətmirlər. Baxın, Avrasiya İqtisadi Birliyi, Gömrük Sazişi, bütün inteqrasiya sxemlərində Rusiya aparıcı roldadır. Amerikanın Cənubi Qafqaza maraqları yalnız Orta Asiyaya çıxış üçün deyil, həm də Kremlin Yaxın Şərqə hərbi-siyasi təsirini məhdudlaşdırmaqla bağlıdır. Belə olanda hər iki aparıcı tərəf Ermənistan-Azərbaycan münaqişəsinin həllini öz maraqları çərçivəsində gerçəkləşdirməyə çalışır. Digər tərəfdən, region dövlətlərinin maraqları var, amma burda region dövlətlərinin siyasi elitalarının mənafeləri ortaya çıxır, onlar Rusiya siyasi məkanında özlərini daha komfort hiss edirlər. Çünki Rusiya siyasi məkanı ən azı islahatları tələb etmir. Dövlətlərin maraqları isə bu və ya digər şəkildə Avroatlantik məkana inteqrasiyadan keçir. Hətta mövcud hakimiyyətin Qərb münasibətləri ən kəskin zamanında belə Bakı Avropadan tam imtina etmirdi, yalnız özü üçün xüsusi münasibətlər tələb edirdi. Ancaq ölkəni Rusiyanın maraq dairəsinə qaytarmaq nə dövlətə, nə də bütövlükdə siyasi elitanın mənafelərinə cavab vermir. Bax, sadaladığım qlobal toqquşmalar Rusiyanın regiondakı mənafeləriylə üst-üstə düşmür. Bu baxımdan biz  Rusiyanın təklif etdikləri vaiantı yalnız ehtimal edə bilərik”.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Rauf Mirqədirov ehtimal edir ki, Rusiya variantı Azərbaycanı Qərbə inteqrasiyadan tamamilə imtina etməsi ola bilər: “Bilirsiniz ki, Azərbaycan da Orta Asiya enerji məhsullarının öz ərazisindən Qərbə çıxmasında maraqlıdır. Rusiya isə bunu istəmir. Kremlin ikinci tələbi hərbi-siyasi əhəmiyyət daşıyır ki, bu, regionu bütövlükdə nəzarətə götürmək deməkdir. Bu isə nə dövlətin, nə də siyasi elitanın maraqlarına uyğun gəlmir. Üçüncü tələb o ola bilər ki, boşaldılan rayonlarda Rusiya sülhməramlıları yerləşdirilsin, bu amil hərbi-siyasi balansı dəyişdiyindən nəinki Azərbaycanın, nəticə etibarıyla region dövlətlərinin də maraqlarına cavab vermir. Belə bir halda Rusiyanın təşəbbüsünün nəticə verəcəyi inandırıcı görünmür. Çünki bir daha deyirəm, birinci, maraqlar toqquşur, ikinci də Amerikanın əks-arqumentlərinin olmadığını düşünmürəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button