Dünya

Putinin valideynlərinin məzarına şikayət yazdılar…

Şikayət məktubu şagird gündəliyinin bir vərəqində yazılıb

Naməlum fəallar sentyabrın 27-də səhər Rusiya prezidenti Vladimir Putinin valideynlərinin Sankt Peterburqun Serafimov qəbirstanlığındakı məzarlarının üstünə şikayət məktubu qoyublar.

Onlar valideynlərə oğullarının davranışından şikayət ediblər.

Aksiyanın fotoları Feminist Antimüharibə Müqavimətinin Telegram-kanalında dərc edilib.

Bu təşkilat Ukraynada müharibəyə ən müxtəlif formada etiraz aksiyaları keçirir.

Məktubda deyilir:

“Bir qrup naməlum şəxs bir oğlanın valideynlərinə onun barəsində tərbiyəvi tədbirlər görülməsini tələb edən müraciət yazıblar”.

Şikayət məktubu şagird gündəliyinin bir vərəqində yazılıb:

“Əziz valideynlər! Sizin oğlunuz özünü çox biabırçı aparır. Dərslərdən qaçır, qonşu partalarla dalaşır və məktəbi partladacağı ilə hədələyir. Ölçü götürün!”

Foto habelə “Ölülər partiyası” adlı Telegram kanalında dərc olunub.

Bundan əvvəl bu incəsənət layihəsinin fəallarının evlərində axtarış aparılmışdı.

Putinin valideynləri Vladimir Putin və Mariya Şelomova (Putina) 1999 və 1998-ci illərdə vəfat ediblər.

O vaxt Putin hələ prezident olmamışdı.

24 saat” “
Putinin valideynlərinin məzarına şikayət yazdılar…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Gürcüstanla sərhədi 18 saata keçən rusiyalılar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button