2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Pxenyan ABŞ və Cənubi Koreyanı raket hücumu ilə təhdid edir

ABŞ və Cənubi Koreya raket müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı razılıq əldə edəndən sonra Şimali Koreya buna “fiziki cavab verəcəyi” ilə təhdid edib.

Ölkə rəsmiləri vəd ediblər ki, sistemlərin yerləşdirmə məkanı və zamanı bəlli olan kimi işə başlayacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Cənubi Koreya rəsmiləri isə bəyan ediblər ki, raket müdafiə sistemlərinin yerləşdirilmə yeri yaxın bir neçə həftə ərzində müəyyən olunacaq, amma sistemin özü növbəti ilin sonuna qədər yerləşdiriləcək.

Raketdən müdafiə sistemləri ölkəni rəsmi Pxenyanın malik ola biləcəyi nüvə silahından müdafiə etməlidir. Müdafiə sistemi raketləri müəyyən edib onları məhv edəcək.

Şimali Koreyanın mediada yayımlanan hərbi bəyanatında deyilir ki, “orudumuzun yenilməz iradəsi amansız cavab zərbəsi endirməyə imkan verir”.

Şimali Koreya mütəmadi olaraq Cənubi Koreya və ABŞ-a qarşı belə təhdidlər edir.

ABŞ və Cənubi Koreya bəyan edib ki, raketdən müdafiə sistemləri digər ölkələr üçün də təhlükəli deyil. Lakin Rusiya və Çin artıq bu layihə ilə bağlı narahatlıqlarını bildirib. Onlar ehtimal edir ki, bu sistemlərin yerləşdiriləmsi digər ölkələrin təhlükəsizliyinə təhdiddir.

Ötən həftə ABŞ Şimali Koreya lideri Kim Jong-un-a sanksiya tətbiq olunmasını açıqlayanda rəsmi Pxenyan bunu “açıq müharibə elan etmək” kimi xarakterizə edib.

Raket müdafiə sistemlərinin yerləşdirilməsi ilin əvvəlindən müzakirə olunur. Həmin vaxt Şimali Koreya uzun məsafəli ballistik raketlərin sınağını keçirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button