2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Pxenyanın atdığı raket Cənubi Koreya sahili yaxınlığına düşüb

Nüvə silahlı Pxenyan bu il rekord sayda raketi sınaqdan keçirib

Saytların yığılması Saytlarin yigilmasi

Noyabrın 2-də Şimali Koreya dənizə azı 17 raket atıb, biri Cənubi Koreya sahilinin 60 km-nə düşüb. Cənubi Koreya Prezidenti Yun Suk-yeol bunu “əraziyə soxulma” adlandırıb.

Raket Cənubi Koreyanın ərazi sularından kənara, mübahisəli Şimal Məhdudiyyət Xəttindən cənuba düşüb.

“Reuters” yazır ki, yarımada bölünəndən ilk dəfədir ballistik raket Cənubi Koreyanın suları yaxınlığına düşür. Buna cavabında Cənubun hərbi təyyarələri mübahisəli xətdən şimal hissəyə üç yer-hava tipli raket atıb.

1950-53-cü illər münaqişəsi atəşkəslə bitəndən sonra Şimali və Cənubi Koreyalar texniki olaraq müharibə şəraitində sayılırlar, çünki sülh sazişi imzalamayıblar.

Nüvə silahlı Pxenyan bu il rekord sayda raketi sınaqdan keçirib. Seul və Vaşinqtonun mövqeyincə, Pxenyan 2017-ci ildən bəri ilk dəfə olaraq nüvə silahı sınağına texniki hazırlıqları başa çatdırıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button