2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qəbir təmizləyən qadın: Evimə ət ala bilmirəm

Nargilə İsayeva qəbirləri silməyə yollanır. Yoldaşı ilə özünün yeganə qazancı qəbristanlıqdan çıxır. Əri qəbristanlığı mühafizə edir, özü isə qəbir daşlarının tozunu alır. Qazancı vəfat edənlərin yaxınlarının məzarlara baş çəkməsindən asılıdır. Nargilə İsayeva deyir ki, qış gəldisə, məzarlığa gələn olmur.

Nargilə İsayeva yoldaşının aylıq 150 manat qazancı ilə dolandıqlarını dilə gətirir. O da yaşayışlarına bəs eləmir.

Ailə 2016-cı ilə qədər qəbristanlığın yanındakı daxmada qalıb. Yaşayış yerlərinin pis olmasına görə bələdiyyə, məzarlığın rəhbəri və xeyriyyəçilər birləşib onlara ev tikiblər. Təmirsiz evdə işıq və qaz qonşudan çəkilib. Buna görə qənaətlə işlədirlər. Yarı ac, yarı tox yaşayan ailə ünvanlı sosial yadım almaq üçün də müraciət edib, amma imkansızlığa görə Balakən rayonuna gedib sənədlərini toplaya bilməyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Yeməyi bir dəfə bişirirəm, 3 dəfə yeyirəm. Mən ət ala bilmirəm. İmkan yoxdur, ala bilmirəm. Uşaq məktəbdən gəlincə düyü supu da olsa,kartof da olsa… Bu saat kartofum da yoxdur, soğanım da. Yoxdur, neyləyim…”.

Ölkədə yoxsulluq səviyyəsi yaşayış minimumu ilə müəyyən olunur. Yaşayış minimumu istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarətdi. İstehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin toplusudur. 2017-ci il üçün yaşayış minimumu 155 manatdır. Dövlət Statistika Komitəsinin açıqlamasına görə Azərbaycanda yoxsulluq 5,9 faizdir. İqtisadçı ekspert Nemət Əliyev bu rəqəmi real saymır. Onun sözlərinə görə, iki devalvasiyadan sonra manat 2,2 dəfə dəyərdən düşüb. Bununla ötən illərə nisbətdə yaşayış minimumu ən az iki dəfə artırılmalı idi.

Nargilə İsayeva qəbirləri sildikcə ehtiyac içində yaşamasını yox, özündən sonra bir övladının da korluq çəkəcəyini dərd edir.
meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button