Now Reading:
Qəbul imtahanlarının vaxtı açıqlanıb

Qəbul imtahanlarının vaxtı açıqlanıb

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarının tarixləri müəyyən olunub.

Xəbəri Dövlət İmtahan Mərkəzi (DİM) yayıb.

Xəbərdə qeyd edilir ki, II, III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Buna da bax:​ Doğrudanmı 9-cuların 90 faizi riyaziyyatdan ‘2’ alıb?

Bu imtahanlara “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən gənclər qatılacaqlar.

Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

Buna da bax:​ ‘Təmayül siniflər repetitorluğu aradan qaldırmayacaq’

Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar öz əksini tapacaq.

24saat.org

Mənbə – azadliq.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.