Bizim tərcümə

Qərb bu dəfə Kiyevə döyüş təyyarələri verəcəkmi?

2023-02-26 08:00:49

class=”medianet-inline-adv”>

Almaniya və Kanada Kiyev administrasiyasına təhvil verdikləri Leopard 2 əsas döyüş tanklarının sayını artırıb. Yeni tənzimləmə ilə Almaniyanın Ukraynaya verəcəyi tankların sayı 18-ə yüksəldi. Kanada həmçinin 4 əvəzinə 8 Leopard 2 tankı göndərəcəyini açıqlayıb.

“BU İDEYAYA AÇIĞIQ”

Ukraynaya qırıcı təyyarələrin göndərilməsi ilə bağlı müsbət danışan ölkələrin sayı da artır. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Mig-29 və SU-24 təyyarələrini Kiyevə çatdıracaq üçüncü ölkələrə öz reaktiv təyyarələrini verə biləcəklərini elan etdikdən sonra Kopenhagendən başqa bir çıxış gəldi. Danimarkanın müdafiə naziri Yakob Ellemann-Yensen Kiyevə döyüş təyyarələri tədarükü ideyasına açıq olduqlarını bildirib. Digər tərəfdən ABŞ prezidenti Co Bayden ABC News-a verdiyi müsahibədə lazım olan materialları Ukraynaya göndərdiklərini ifadə edərək, “Hal-hazırda F-16-ya ehtiyacları yoxdur” dedi.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button