SEÇMƏ

Qərb ölkələri ilk dəfə Ukraynaya ağır silah tədarükünə qərar verib

Yayımlandı: 20 Yanvar 2023 18:38

Ukraynanın hansı silahları ala biləcəyinə dair araşdırma aparılıb

ABŞ-ın Ukraynaya yeni iri hərbi yardım paketi barədə başlıqlar gündən-günə daha çox səs salır, təfərrüatlar artıq bu cümə açıqlanmalıdır. Amma indidən məlumdur ki, Ukrayna silahlı qüvvələri Amerikadan zirehli texnika ala bilər ki, bu silahlar nəzəriyyədə işğal olunmuş ərazilərdə Rusiya müdafiəsini yarmağa və hətta Krıma daxil olmağa kömək etmək iqtidarındadır. “Spektr” Ukraynanın hansı silahları ala biləcəyini, bu silahın nəyə qadir olduğunu araşdırıb.   

Zirehli maşınlar və zirehli piyada maşınları

ABŞ ilk dəfədir ki, yeni hərbi yardım paketi ilə “Stryker” zirehli maşınları və “Braddley” zirehli piyada maşınları tədarükünü planlaşdırır. Təfərrüatlar yanvarın 20-si açıqlanmalıdır. Söhbət 100 ədəd “Stryker” və “Bradley”dən gedir.

Fransa həmçinin Ukraynaya zirehli maşınlar və “Bastion” yüngül təkərli tanklar tədarük etməyə hazırlaşır, bu barədə yanvarın 5-i Fransa Prezidenti Emmanüel Makron xəbər verib. Söhbət “AMX-10 RC”-dən gedir ki, bu maşınların 105 mm kalibrli silahları var və onlar hədəfə iki kilometr məsafədən atəş aça bilər. Adı çəkilən maşınların seriyası 1976-1994-cü illər arası istehsal olunub və onlardan Fars körfəzi müharibəsində, həmçinin bir sıra sülhməramlı əməliyyatda istifadə olunub.   

Tanklar

Ukrayna əsas hərbi tankları ilk növbədə Polşa və Böyük Britaniyadan ala bilər. Belə ki, Polşa Prezidenti Ancey Duda yanvarın 11-də söyləyib ki, Varşava Ukraynaya 15-ə yaxın “Leopard 2” tankı verməyə hazırlaşır, hərçənd bu qərarı həmin tankları istehsal edən Almaniya ilə razılaşdırmaq lazımdır. Lakin yanvarın 19-u Polşanın Baş naziri Mateuş Moraveski bəyan edib ki, Varşava Ukraynaya “Leopard” tanklarının verilməsi üçün Almaniyanın razılığını gözləməyəcək. “Ya bu razılığı tez bir zamanda alacağıq, ya da öz bildiyimiz kimi hərəkət edəcəyik”, – o deyib.  

Kiyev Londondan Britaniya istehsalı olan 14” Challenger 2” tankı almağı gözləyir. Bu tanklar 1990-cı illərin əvvələrindən orduda istifadə olunur. Tank 7,62 mm-lik L94A1 qoşa pulemyotlu 120 mm-lik “L30A1” yivli topla təchiz olunub.

“Süddeutsche Zeitung”in məlumatına görə, Almaniya həmçinin Ukraynaya öz “Leopard” tanklarını tədarük etməyə hazırdır, amma bu, ABŞ heç olmasa Ukraynaya bircə ədəd “M Abrams” tankı verəndən sonra baş tutacaq.

Beləcə, Qərb ölkələri ilk dəfə Ukraynaya ağır silah və tank verəcəyi barədə açıq şəkildə vədlər verib. Daha əvvəllər qərb liderləri hesab edirdilər ki, bu cür tədbirlər Rusiya tərəfindən eskalasiyaya gətirib çıxara bilər. Məsələn, ABŞ Rusiyanın ümum qəbul olunmuş ərazisini və Krımı atəşə tutmamaq şərtilə Ukraynaya verdiyi HIMARS raket yaylım atəşi sistemləri üçün uzaq vuran mərmilər verməkdən xüsusi olaraq imtina edib. Lakin ABŞ indi öz strategiyasını dəyişir və hücum texnikası sayılan “Bradley” zirehli piyada maşınlarını tədarük edir. Onlardan mümkün istifadə istiqamətlərindən biri 2014-cü ildən Rusiyanın nəzarəti olan Krıma girməkdir. “The New York Times”-ın məlumatına görə, ABŞ Rusiyanın qəsb etdiyi Krıma Ukraynanın hücumu ilə bağlı mövqeyini yumşaldıb və hətta köməyə hazırdır, hərçənd hələ bununla bağlı rəsmi açıqlama yoxdur.  

Gözdən qaçırmayın:  20 Yanvar faciəsindən 33 il ötür

Aviasiya

Britaniyanın “The Sunday People” qəzetinin yanvarın 15-də yazdığına görə, Böyük Britaniya Ukraynaya “Hellfire” idarə olunana raketlərlə birgə dörd An-64 həmləçi vertolyot tədarük etməyə hazırlaşır. Hər vertolyot “16 Hellifre” raketi, 76 idarə olunmayan “Hydra 70” aviasiya raketləri və 30 mm kalibrli avtomatik topla silahlana bilər. Bundan əvvəl Britaniya ilk dəfə Ukraynaya qərb istehsalı olan üç “Sea King” nəqliyyat vertolyotu verib. 

Silah yenə də yetərli deyil

Qərb ölkələri 2022-ci il dekabr ayının sonundan Ukraynaya fəal şəkildə ağır hücum silahları vəd etməyə və tədarük etməyə başlayıb. Daha əvvəl tədarük əsas etibarı ilə artilleriyadan, RYAS, tank əleyhinə və aviasiya əleyhinə daşınan komplekslər, pilotsuz uçuş aparatları və HHM sistemlərindən ibarət olub. Həmçinin zirehli texnika və aviasiya tədarük edilib, lakin bütün bunlar Varşava müqaviləsi ölkələri üçün istehsal edilən silah olub, yəni daha çox SSRİ ilə bağlı olub və irimiqyaslı hücum əməliyyatlarına qadir olmayıb.  

Lakin yaxınlarda Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnı “Economist” jurnalına müsahibəsində bəyan edib ki, düşmənə qalib gələ bilər”, lakin bunun üçün ona “300 tank, 600-700 zirehli piyada maşını və 500 qaubitsa” lazımdır. Bununla yanaşı, məqalədə dərhal sonra qeyd olunur ki, Zalujnının istədiyi əlavə silah Avropanın bir çox ordusunun zirehli tank vasitələrinin ümumi sayını aşır. 

Ukrayna Prezident Ofisi rəhbərinin məsləhətçisi Mixail Podolyak isə bəyan edib ki, Ukraynaya 150-200 tank, 300-ə yaxın zirehli texnika, 100 artilleriya sistemi, ABŞ istehsalı HIMARS daxil olmaqla (Ukrayna artıq onlara sahibdir) 50-70 yaylım atəşi reaktiv sistemi, həmçinin 10-15 raket əleyhinə sistem lazımdır. Bundan başqa, Ukrayna Prezidenti Volodimir Zelenski yanvarın 18-də Davosda Ümumdünya İqtisadi Forumunda bəyan edib ki, hazırda Ukraynaya ilk növbədə HHM sistemləri və qərb tankları lazımdır.

“Ukraynanın HM sistemləri ilə təchizi Rusiyanın gələcək raket hücumlarını qabaqlamalıdır. Qərb tanklarının tədarükü Rusiya tanklarının növbəti dəfə zorla girməsindən əvvəl baş verməlidir”, – Zelenski deyib.   

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button