2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Qərb Ukraynaya tankların verilməsinə başlayır

ABŞ prezidenti Co Bayden (Joe Biden) təsdiq edib ki, Vaşinqton hazırda Ukraynaya Bradley piyadaların döyüş maşını (PDM) verilməsini nəzərdən keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

Kentukki ştatında səfərdə olan Bayden “Ukraynaya Bradley PDM-i veriləcəkmi” sualına “Bəli” cavabını verib.

Prezident bu maşınların Ukraynaya nə vaxt çatdırılacağı və başqa məsələlər barədə təfərrüta varmayıb.

Güclü atəş vasitələri ilə silahlandırılmış Bradley zirehli maşınından ABŞ ordusu 1980-ci illərin ortalarından bəri istifadə edir.

2022-ci ilin sonunda ABŞ Konqresinə 2023-cü il üçün müdafiə büdcəsinin layihəsi təqdim olunmuşdu.

Bu büdcədə Ukraynaya 45 milyard dollar məbləğində hərbi yardım da nəzərdə tutulmuşdu.

Bütünlükdə 2022-ci il ərzində ABŞ Kiyevə 120 milyard dollarlıq hərbi yardım verib.

Ukraynaya yeni maliyyə yardımı paketi Avropa İttifaqında da təsdiq olunub.

Avropa İttifaqı Avropa Komissiyasının təqdimatı ilə Ukraynaya 18 milyard avroluq güzəştli kredit paketi verəcək.

Ukrayna bu krediti 2033-cü ildən başlayaraq 35 il müddətində ödəməlidir.

Ukraynaya ilk Qərb istehsalı olan tankı Paris verəcək

Bu arada məlum olub ki, Fransa hökuməti də Ukraynaya AMX-10 RC təkərli tanklarının və Bastion zirehli PDM-lərinin verilməsinə hazırlaşır.

Bu barədə özünün Twitter hesabından Fransa prezidenti Emmanuel Makron yazıb.

Yelisey sarayından vurğulayıblar ki, AMX-10 RC Ukraynaya verilən ilk Qərb istehsalı tank olacaq.

Makron yanvarın 4-də demişdi ki, tankların göndəriləcəyi barədə məlumatı Ukrayna prezidenti Volodimir Zelenskiyə telefon söhbəti zamanı şəxsən çatdırıb:

“Nə qədər ki, qələbə olmayıb, nə qədər ki, Avropaya sülh qayıtmayıb bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək. Mən prezident Zelenskiyə demişəm: Fransa yüngül döyüş tankları verəcək və hava hücumundan müdafiə məsələsində dəstəyini davam etdirəcək”.

Volodimir Zelenski bu hərbi yardıma görə Fransaya təşəkkürünü bildirib:

“Mən Ukraynaya yüngül tankların və Bastion zirehlilərinin verilməsi qərarına, habelə bu istiqamətdə partnyorlarla işin aktivləşdirilməsinə görə təşəkkürümü bildirmişəm. Biz hava hücumundan müdafiə sistemimizin və başqa müdafiə vasitələrimizin əsaslı şəkildə möhkəmləndirilməsi üçün bundan sonrakı əməkdaşlığımızı razılaşdırmışıq. Biz habelə sülh formulunun həyata keçirilməsi üzərində işləmək barədə razılığa gəlmişik”.

Fransa istehsalı AMX-10 RC zirehli maşınları döyüş kəşfiyyatının həyata keçirilməsi üçün istifadə olunur.

24 saat” “
Qərb Ukraynaya tankların verilməsinə başlayır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button