Loading...
Loading...
Sosial

Qəribə ifası ilə gündəmə gələn azərbaycanlı gənclə bağlı açıqlama

Sosial şəbəkələrdə müzakirəyə səbəb olan verilişlə bağlı Müasir Azərbaycan Gəncliyi (MAG) açıqlama verib.

“MZ production”un rəhbəri Üzlüfət Qasımova Qafqazinfo-ya açıqlamasında həmin kadrların “AzTV”-də yayımlanmadığını bildirib.

“O kadrlar AzTV-də efirə getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik və qərara aldıq ki, bu, “AzTV”-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Həmin ifanı 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, “MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”.

Üzlüfət Qasımova qeyd edib ki, Vüsal çox istedadlı gəncdir: “Onun peşəkar əcnəbi prodüseri var. Vüsal xarici ölkələrdə ifası ilə pul qazanır. Biz heç bir müğənnimizin belə prodüserini görməmişdik”.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button