2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

“Qəbələ”nin sahibi varlı şəxsdir” – Sloveniyalı məşqçi

Məlum olduğu kimi, “Qəbələ” Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın son gümüş medalçısı “Maribor” klubu ilə qarşılaşacaq.

Qaynarinfo.Az xəbər verir ki, artıq avqustun 18-dəki ilk oyunun məkanı dəyişdirilib. İlk görüş Maribor şəhərində yox, Bakıda olacaq. Buna səbəb “Qarabağ” – “Qöteborq” oyununun avqustun 25-də Bakıda olmasıdır. UEFA eyni gündə Bakıda 2 oyunun olmasını qarşısını almaq məqsədi ilə “Qəbələ”nin ilk görüşünü Bakıda keçirməsinə qərar verib.

Bu matçla bağlı bu ildən 13 qat Sloveniya çempionunu çalışdıran Darko Milaniç klubun rəsmi saytına fikirlərini bildirib: “Mən rəqibimiz haqda çox şey bilmirəm. Ancaq dərhal “Qəbələ”nin yoxlama oyunlarının videosuna baxmağa başlayacağıq. Rəqib hörmətə layiq komandadır. Bizim rəqibi kifayət qədər zəif görməyimiz üçün əsasımız yoxdur. Rəqibimiz müntəzəm olaraq avrokuboklarda iştirak edir və çoxlu büdcəyə malikdir. Bu klubun sahibi varlı şəxsdir. “Lill”ə qarşı oyunun start heyətində cəmi 2 yerli futbolçu oynayırdı, qalanları əcnəbilər idi. Hətta baş məşqçiləri də xarici mütəxəssisdir. Avropa Liqasının qrupunda olsaydıq, belə atmosferdə oynamaq təhlükəli olardı. Rəqibə hörmət edirik, ancaq bizim də öz səviyyəmiz var. Bizim növbəti oyunumuz bazar ertəsi derbi olacaq (“Olimpiya” ilə matçları var – red.). Sonra vaxtımızın çoxunu “Qəbələ” ilə matça həsr edəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, 48 yaşlı Darko Milaniç “Maribor”u ilk çalışdırdığı 2008-2013-cü illərdə bu kluba 4 çempionluq, 4 ölkə kuboku və 2 Superkubok qazandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button