2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Qəbul imtahanı iki dəfə keçiriləcək – Şərtlər dəyişildi

Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasənNazirlər Kabinetitam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib.

DİM-dən verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.

Digər qəbul qaydalarında ciddi dəyişiklik edilməyib. Təsdiq olunan qəbul qaydaları tqdk.gov.az saytında yerləşdiriləcək və “Abituriyent” jurnalının müvafiq buraxılışlarında çap ediləcək. (APA)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button