2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Qəbulda yerlərin yarısından azı dövlət sifarişidir

2022-2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul planı 51 min yerdən çoxdur. Bunu avqustun 16-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Avqustun 16-dan başlanılan ixtisas seçimi bu ayın 28-dək davam edəcək.

M.Abbaszadənin sözlərinə görə, ötən il plan yeri 49 min 998 idi: “Plan yerlərinin 23 min 627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”.

M.Abbaszadənin vurğulamasına görə, bu il ali məktəblərə qəbul üçün ərizə verənlərin də sayı artıb. Onun deməsinə görə, bütün qruplar üzrə ərizə verənlərin sayı ötən il ümumilikdə 78 min 622 olub, bu il isə bu rəqəm 99 min 533 nəfərə yüksəlib.

Azərbaycan ali məktəblərinə qəbulda dövlət sifarişi olan yerlərin sayı 6-7 il əvvəl daha az idi. Bunun ümumilikdə qəbulda cəmi 25 faiz civarında olduğu açıqlanırdı. Qalan yerlərin isə ödənişli olduğu bildirilirdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button